beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Henlon ülgücü haqqında məlumat

Henlon ülgücü xoşagəlməz halların baş verməsində insan səhvlərinin rolu barədə tezisdir: “Axmalqlığın nəticəsi kimi izah oluna bilən şeyləri bəd niyyətlə izah etməyin; amma bəd niyyətin mövcudluğunu da istisna etməyin”.

Tezisi məhz bu şəkildə 1980-c ildə Robert Henlon ifadə etdiyindən, onun adı ilə tanınır hazırda. Hərçənd, yazılı mənbələr bunun çoxdan bəlli olduğuna dəlalət edir.
Misallar: 1941-ci ildə dərc olunmuş “İmperiyanın məntiqi” kitabında R.Haynlayn belə bir cümlə işlədib: “Siz adi axmaqlığın nəticəsi olan bir işi bəd niyyətlə izah etməyə çalışırsız”. Napoleon Bonaparta aid edilən deyim: “Səriştəsizliklə izah oluna bilən şeyləri heç vaxt bəd niyyət hesab etməyin”

Qöte “Gənc Verterin iztirabları” (1774) romanında yazıb: “... qanmazlıq və məsuliyyətsizlik bu dünyada daha çox fəsadlara səbəb olur, nəinki hiyləgərlik və qərəz. İstənilən halda, sonuncular daha az hallarda rast gəlinir”.

Kirill Eskov: “... dünyanın planlı bədxahlıqla idarə olunduğunu demək asandır, amma əslində, dünya idarəçiliyində səfehlik baş alıb gedir. Dünya idarəçiliyi - qərar qəbul edən şəxslərin axmaqlığı, səriştəsizliyi və çox təəccüblü, adi ağla qəribə görünən məsuliyyətsizliyi ilə əlamətdardır.


Tarix: 01.04.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 257 Bölmə: Maraqlı Melumatlar