beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyada ilk şəkil

İlk şəkil 1826-cı ildə fransız fotoqraf Jozef Nisefor Neps tərəfindən çəkilmişdir. Foto «Le Grasın pəncərəsindən görünüş» adlanır. Şəkildə görünən mənzərə fotoqrafın ailəsi ilə yaşadığı evdən çəkilmişdir və tarixə ilk şəkil olaraq düşmüşdür.

Şəkil işıq və günəş şüalarının köməyi ilə çəkildiyi üçün Neps bu işə 8 saat vaxt sərf etmişdir. Neps 8 dekabr 1827-ci ildə özünə «fotoqrafiyanın atası» adını verir. Hərçənd ki, həmin dövrlərdə fotografiya anlayışı yox idi. Neps bu sənətə «helioqrafiya» adı verir. Bu ad indiki dövrümüzə fotoqrafiya kimi gəlib çıxmışdır, eyni anlayışı əks etdirir.

Nepsin atası XV Lüdovikin məsləhətçisi, anası isə məşhur hüquqşunas qızı idi. 1829-cu ildə Neps xəstələnir. Etdiyi işlər müqabilində yaxşı qiymətləndirilməyən fotoqraf 68 yaşında 1833-cü ildə dünyasını dəyişir.

Lui Jak Mande Daqer — ilk fotoqraf Jozef Nepsin davamçısı Nepsin ölümündən sonra onun kəşfini genişləndirdi.


Tarix: 10.12.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Melumatlar