beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən bahalı telefon nömrələri

Öz zamanında uğurla satılan dünyanın üç ən bahalı telefon nömrələr.

1-ci yer — 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində Qatar telecom şirkəti tərəfindən satılıb. Qeyd edək ki, bu nömrə 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı. Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına verildi.

2-ci yer — 135 85-85-85-85 nömrəsi Çində internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılıb. Rəqəmlərin bu ardıcıllığı çin dilində “qoy mən varlı olum, varlı olum, varlı olum, varlı olum”. Qeyd edək ki, hərracda bu nömrəni almağa 70 namizəd var idi.

3-cü yer — 88-88-88-88 nömrəsi 285 min ABŞ dollarına Çinin Siçuan əyalətində bir aviaşirkətə satılıb. Çində belə hesab edilir ki, 8 rəqəmi uğur, xoşbəxtlik və zənginlik gətirir.


Tarix: 10.12.2014 / 18:41 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Maraqlı Melumatlar