beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurd Bacılar

Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.
Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.
Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.

P.S Allah köməkləri olsun.Amin


Tarix: 10.12.2014 / 17:45 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Maraqlı Melumatlar