beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçayaqlı futbolçu

Françesko Lentini (1881-1966, İtalyan) üç ayaqlı olaraq tanınmağa kiçik yaşlarından başladı. On iki övladdan təkcə fərqli olan o idi və fərqli cəhəti- fiziki qüsuru nəslindəki heç kimdə rast gəlinməmişdi.

Deyilənə görə, o doğulanda onun doğumunu həyata keçirən həkimlər qışqıraraq dəhşət içində qaçıblar. Təcrid olunmaq, uğursuzluq sayılmaq, qorxulmaq onun özünə inamsız və çox pis psixologiya ilə böyüməsinə səbəb olur. Adətən bu cür insanlar "özü kimilərdən" fərqlənmək istəyirlər, yetəri qədər iradəsi olarsa, xüsusi bir hobbi seçir, müəyyən sahədə özlərini inkişaf etdirirlər. O, beləcə yaş keçdikcə 3-cü ayağına öyrəşir. Anasının qarnında ikən inkişaf etməmiş əkizini ölənə qədər bədənində daşıyan Lentininin 3-cü ayağı normal 2 ayağına görə daha qısa idi. O zamankı həkimlər isə artıq ayağın götürülməsinin iflic və ya ölümə səbəb olacağını söyləyərək əməliyyata risk etmirdilər.

Ailəsi tərəfindən sevilmədiyi üçün yanında yaşadığı xalası onu fiziki qüsurlu uşaqların olduğu məktəbə göndərir, 8 yaşında o, ABŞ-a gəlir. Özündən soruşulan hər suala simpatik şəkildə cavab verir, hobbilərindən heç zaman uzaq olmur, insanların diqqətini gözəl xarakteri ilə cəlb edirdi. O bildiklərini hər kəslə paylaşır, getdiyi məktəbdə gördüyü özündən daha ağır vəziyyətdə olan uşaqları görərək halına şükr etməyi öyrənir…
Sirklərdə «Böyük Lentini» olaraq məşhurlaşır, 3 ayağı olsa belə, futbol ilə də ciddi məşğul olurdu.

30 yaşında ABŞ vətəndaşı olan və 78 yaşına qədər sirklərdə nümayişlərini davam etdirən Lentini evlənərək 4 oğul atası olur və "Üçayaqlı futbolçu" olaraq tarixə düşür. O, ABŞ-da da dünyasını dəyişir.


Tarix: 26.11.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Melumatlar