beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Litr kimdir?

Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan – Batist Litrin adını daşıyır. Laboratoriya qablarını ilk dəfə o hazırlamışdır. Təəssüf ki, onun tərcümeyi – halının çox az hissəsi dövrümüzə gəlib çıxmışdır. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab şüşələri hazırlamaqla məşğul imişlər.

İsveç astronomu Anders Selsi ilə tanışlıq onun həyatında böyük rol oynamışdır. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölümündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi.

Ölçü və çəki üzrə 1901–ci ildə keçirilmiş III Baş Konfransın qərarına görə, bir litr normal atmosfer təzyiqində və suyun sıxlığı ən çox olan temperaturda (4 dərəcə Selsi) 1 kiloqram saf suyun həcmi kimi təyin edilirdi.: 1 litr = 1, 000028 kub. dm. Ölçü və çəki üzrə 12-ci Baş Konfrans (1964) 1 litr = 1 kub.dm. olduğunu qəbul etdi. Hazırda bu ölçü vahidi standart Beynəlxalq Metrik Ölçü Vahidləri Sistemində həcmin və tutumun vahidi kimi qəbul edilmişdir.


Tarix: 26.11.2014 / 18:27 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqlı Melumatlar