beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tibbdə qeyri-adi faktlar

Tibb elmi çox qədim və həssas elmdir. Axı insan bədəni özündə bir sıra sirləri gizlədir. Bu səbəbdən tibb öz mülahizələrində orta statistikanı götürür.

İnsan orqanizmi dəyişkən, plastik olduğundan qəbul olunmuş standartdan tam fərqli faktlara da rast gəlmək mümkündür.

1. 1980-ci ildə Corciya xəstəxanasına müraciət edən Uill Consda insan bədəni üçün ən yüksək temperatur 46,5 S qeydə alınıb. 24 gündən sonra o, xəstəxanadan evə buraxılır.

2. İnsan üçün ən aşağı temperatur isə 1994-cü ilin fevralın 23-də Kanadada Recayn şəhərində qeydə alınıb. İki yaşlı Karli Kozolofski qapının çırpılması nəticəsində 6 saat mənfi 22 dərəcə soyuqda qalıb. O, tapılanda bədənin temperaturu 14,2-yə düşmüşdü və bu, tibbit faktdır.

3. Kompulsiv davranışları ilə diqqəti çəkən qadının qarnından 2533 əşya tapılıb. Bunların arasında 947 ingilis sancağı da var imiş. Qadın isə sadəcə qarnında yüngül sancıdan şikayət edib.

4. Nevroloji sarsıntıdan əziyyət çəkən daha bir qadının qarnından isə 2,35 kq ağırlığında tük yığını çıxarılıb. Bu, insan qarnından çıxarılan ən ağır əşya kimi tibb tarixinə düşüb.

5. Bəzi xəstələr udduğu dərman preparatlarının sayına görə rekordsmen sayılırlar. Bunlardan biri də zimbabveli K.Kilnerdir. O, 21 il ərzində 565939 həb qəbul edib. İynə vurdurmaq birinciliyi isə böyük britaniyalı Samuel Deyvidsona məxsusdu. O, ömür boyu 78900 insult iynəsi vurdurub.

6. ABŞ-lı Çarlz Yensen 1954-1994-cü illər ərzində 970 əməliyyatdan keçib.

7. Ən uzun müddətli əməliyyat isə 96 saat ərzində yumurtalıqdan kistanın götürülməsi olub. Bu zaman pasiyentin çəkisi 280 kq-dan 140-a düşüb.

8. Norveçli balıqçı Yan Revsdal dekabr ayında Bergan rayonunda gəmidən suya yıxılır. Nəticədə onun bədəninin temperaturu 24 dərəcəyə düşür, ürəyi isə 4 saatlığına dayanır. Bu, tam sağalma ilə nəticələnən ən uzun ürək dayanmasıdır.


Tarix: 26.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqlı Melumatlar