beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mersedes – Benz simvolunun sirli tərəfləri

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.

Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.


Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası nədir?

Üçguşəli ulduz – üçbirlik, üçbucaq — xaçpərəstlikdə isə “hər şeyi görən göz”, “İlahi göz” mənasını daşıyır. Belə bir işarəyə, yəni-üçbucağın içərisində açıq göz simvoluna, Amerika və Ukraynanın pul vahidlərinin üzərində də rast gəlmək mümkündür. Bu cür simvola dini mərasimlərdə daha çox rast gəlinir. Hindistanda bu işarə — xaosdan yaranmış ilk kosmik fiqur hesab olunur. Birdəki, İlahi indus triadası olan Trimurti – üç ilahənin – yəni, Yaradici Brahma, qoruyucu Vişnu və dağıdıcı Şivanın birləşməsidir bu işarənin mənası.

Masonlarda isə bərabəryanlı üçbucaq Kosmosun üç hissədən inarət olmasına işarədir. Yəni – İşıq, qaranlıq və zaman....

Numerologiyada üç — çox böyük məna daşıyır. Bu ilk tək ədəddir. Üç həm də quruculuq mənasını daşıyır.

Mifik tərəfdən üç – başlanğıc, otra və sonluq deməkdir.

Pifaqora görə, üçbucaq Kosmosu simvolizə edir və başqa mənada da – sağlamlıq deməkdir.

Finikiyalılara görə — üçbucaq – “dalet” hərfidir, yunan hərfi “delta” bundan yaranmışdır. “Qapı” mənasındadır.

Hansı tərəfdən yanaçırıqsa yanaşaq, Mersedes – Benzin loqotipindəki üçguşəli ulduz yəni 3 rəqəmi daha çox magik məna daşıyır. Dini və mistik kitablarda, əsasən də “İncil”də 3 rəqəminə çox rast gəlmək olar. Məsələn: 3 falçı, İsanın öldüyü gün – 3 aprel, İsanın yaşı – 33, İsanın dirilməsi – 3-cü gün və sairə .

Digər bir tərəfdən, bəşəriyyət, ümumiyyətlə, yaradıldığı gündən 3 rəqəmini mistik bir rəqəm hesab etmişdir. 3 rəqəmi – mifik, mistik və dini tərəfdən də baxsaq — sirli və sehirli bir rəqəm hesab edilir.


Tarix: 26.11.2014 / 14:23 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Melumatlar