beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərkərdənin qəbri açılarsa

Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yeni müharibələr ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat komitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başlayır. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxarırlar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər iyunun 21-dən 22-nə keçən gecə Teymurun sərdabəsinə düşürlər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan verir. Buna baxmayaraq, Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilir. Stalin taleyini bir az da sınamaqdan çəkinib sümüklərini yerinə qaytarmaq əmri verir.


Tarix: 26.11.2014 / 13:56 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar