beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bildiyimiz Kablukun “KABLUK” boyda tarixi

Qədim Yunanıstanda insan boyunu hündürləşdirmək üçün aktyorlar Koturn adlanan ayaqqabıdan istifadə edirdilər. Koturn — qədim yunan və Roma tragediya aktyorlarının geydiyi altı qalın başmaqlar.

Orta əsrlərdə Avropada şəhərlərin çirk içində batdığı zamanlarda taxta dabanlı sünii başmaqlar yaradıldı. Buna Avropada sabo adı verildi, Şərqdə isə kabkab. Şərqdə ondan hamamlarda ayağın isti döşəmədən qorunması üçün istifadə edirdilər.

Venesiyada XV əsrdən fərqli təbəqənin xanımları hündür platformalara üstünlük verməyə başladılar, bu platformaların hündürlüyü təxmini 20sm idi. Ən qədim dabanlı ayaqqabı XIV əsrə aiddir ki, onlardan atlılar istifadə edirdilər. Sonralar bu daha da genişləndi və o orduda uzun yol gedən piyadalara verildi. XIV əsrdən artıq bəzəkli dabanlar meydana gəldi, bu da dəri və metaldan ibarət idi. Belə bir şey ağıla gəlir, bizim kabluk kimi tanıdığımız söz türk dilinə tərcümədə topuk (daban) mənasını verir.

Kabluklu ayaqqabıdan uzun müddət kişilər istifadə etmişlər, qadınlar yalnız XVII əsrdə bununla tanış olublar. Kabluk qadınlar üçün xüsusi funksiya daşıyırdı — kürəklərinin daha düz olmağına, duruşlarını daha əzəmətli etməyə kömək edirdi. Tuflilərin və çəkmələrin dabanları müxtəlif rənglərdə olurdu: mavi, yaşıl, qara. Qırmızı rəng xüsusi rəng hesab olunurdu ki, bu da Avropada aristokratlığın rəmzi hesab olunurdu.

XVII əsrdə çəkmə dabanları qara rəngdə boyanmağa başladı, qırmızı rəng isə tuflilərdə saxlanıldı (Qırmızı Daban Ağa — Lüdovik XIV vaxtında fransız cənablara bu cür müraciət edilirdi). Monarxiya dövrü bitdikdən sonra XVIII əsrdən etibarən qırmızı dabanlı ayaqqabılar yalnız fransız zadəganlarına məxsus oldu. XX əsrdə kabluk-şpilka adı ilə tanığımız dabanlar yarandı. Kim kəşf etdi bunu? Bu ilk metal daban yaradan çəkməçi — Salvatore Ferraqamo idi. Hazırda Florensiyada onun adını daşıyan Ayaqqabı Muzeyi var.


Tarix: 26.11.2014 / 13:40 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqlı Melumatlar