beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə üçün?

Nə üçün qadınlar hündürboy kişiləri seçir?
Onlar bunu onunla izah edirlər ki,qadınlara görə hündürboy kişilər daha qamətli və daha çox qüvvəyə sahib olduğundan ailə saxlamaq,ailəni təmin etmək kimi imkanları daha genişdir.Ekspertlər də bu halla razılaşdı,hətta bir fakt da onlar irəli sürmüş oldular:onlar söyləyir ki bu fikir qadınlarda tarixən,qədim dövrdən formalaşmaqdadır.Çünki hələ qədim dövrlərdə qəbilələr arasında belə bir məsəl formalaşmışdır:
"Hündürboy,yekəpər kişilər daha yaxşı ov ovlaya bilər,daha tez evi çətin vəziyyətdən çıxara bilər."
Bu artıq qadınların şüurlarında formalaşmış fikirdir ki,hündürboy kişilər daha çox qüvvəyə sahib və daha yaxşı ailə təmin edəndirlər.Bugünkü günümüzdə hətta ekspertlərin və psixoloqların köməyi olmadan belə:gənc qızlara hansı aktyoru və ya müğənnini sevirsən?-deyə sual ünvanladıqda, cavab olaraq daha çox həmin müğənninin sənət təhlili deyil,görkəm təhlilini almış oluruq.
Lakin dövrlər dəyişsə də,əsrlər keçsə də,hər şey yenilənsə də statistikaya əsasən qadınların 78%-i hündürboy,12%-i qısaboy,10% isə fərqi yoxdur deyir.

Nə üçün dualarımız qəbul olmur?
«Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz» («Səfinətül-bəhar», 1-ci cild, səh. 448)

Nə üçün dərmanı mineral su ilə qəbul etmək olmaz?
Yaxşı olar ki, bütün preparatlar adi su ilə qəbul edilsin. Dərmanı mineral su ilə içmək olmaz, çünki mineral su preparatın bəzi maddələrinin sorulmasına mane olacaqdır. Bunun daha bir səbəbi də vardır. Mineral suda aktiv kimyəvi birləşmələr olduğundan preparatların aktiv maddələri ilə reaksiyaya girəcəkdir.
Lakin elə preparatlar da vardır ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək daha yaxşı olar.
Bundan başqa, mədənin selikli qişasını qıcıqlandıran dərmanları süd ilə qəbul etmək olar.
Soyuqdəyməyə və hərarətə qarşı həblər adətən yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur və onları qreypfrut şirəsindən başqa istənilən şirə ilə içmək olar. Qreypfrut şirəsi dərman preparatları ilə reaksiyaya girərək orqanizmimizə təhlükəli təsir göstərə bilər.
Həbləri çayla qəbul etmək olmaz, belə ki, onun tərkibindəki tanin həll olunmayan birləşmə əmələ gətirir və bir çox dərmanlar sadəcə olaraq çöküntü verir. Xüsusən də azot tərkibli preparatları – kofein, papaverin, kodein və eufillini çayla içmək olmaz. Heç bir dərman heç vaxt alkoqolla qəbul edilməməlidir!
Antibiotiklər böyük miqdarda su ilə, ən azı bir stəkan su ilə qəbul olunur ki, mədə-bağırsaq traktının selikli qişasını zədələməsin. Tetrasiklinlər və linkozamidlər qrupundan olan preparatları ayaq üstündə və çox miqdarda adi su ilə qəbul etmək lazımdır.
Antibakterial preparatlar, xüsusən də sulfanilamidlər acqarına bir stəkan su ilə qəbul olunur. Əgər siz antibakterial preparatlarla müalicə kursu keçirsinizsə, o zaman onları böyrəklərin normal işləməsi üçün mineral içkilərlə qəbul etmək lazımdır.
Vitaminlər su ilə içilir və yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur. Həzm fermentlərini və kapsulda olan preparatları da su ilə içmək lazımdır. Bu preparatları həm yemək zamanı, həm də yeməkdən sonra qəbul etmək olar.
Təlimatı oxumaq və ya müalicə həkimindən öyrənmək kifayətdir, əgər buna imkan yoxdursa, dərmanı su ilə için, o zaman dəqiq səhv etməzsiniz.

Qəzet nə üçün eninə düz cırılmır?
Bir qəzet yuxarıdan aşağı düzgün cırılır.Lakin eninə cıranda həmişə əyri-üyrü olur.Çünki qəzet kağızının əsas tərkibi şaquli vəziyyətdə olan liflərdən təşkil olunmuşdur.Qəzeti şaquli istiqamətdə cıranda liflərin düzülüş istiqamət ilə üst-üstə düşdüyünə görə ziqzaq əmələ gəlmir.Qəzeti eninə cırdıqda isə hər dəfə liflə qarşılaşanda ziqzaq əmələ gəlir.

Qarğıdalını qovuranda nə üçün ağ olur?
Qarğıdalını ocaqda qovuranda tərkibindəki su buxara çevrilir və təzyiq əmələ gəlir.Bu təzyiq qarğıdalı dənəsinin daxilində artdıqca dənənin qabığı yarılmağa başlayır.Təzyiq nəticəsində üzə çıxan ağ qabarmalar qarğıdalının tərkibində olan nişastadır.

Balın ağızı açıq qalanda nə üçün xarab olmur?
Qidaların xarab olması göbələk və ya bakteriyalar kimi mikroorqanizmlərin çürüməyi, kiflənməyi nəticəsində baş verir.Digər orqanizmlər kimi bunların da yaşamaq üçün suya ehtiyacları var.Balın isə tərkibində yaradılışı etibarı ilə mikroorqanizmlərin yaşaması üçün kifayət qədər su yoxdur.Ona görə də xarab olmağa səbəb olan mikroorqanizmlər burada yaşamır.

Yaşlı insanların sümükləri nə üçün daha kövrəkdir?
Kalsium və fosfat adlı minerallar sümüklərim möhkəmliyini təmin edir.Bu mineralların meydana gətirdiyi kristallar gənc yaşda olan insanlarda sümüyün yalnız bir hissəsində olur.Yaş çoxaldıqca kristallar sümüyün hər yerində yayılır.Nəticədə, sümük elastikliyini itrir, kövrəkləşir.

Nə üçün süd daşır?
Südün tərkibi ən çox sudan ibarətdir.Bununla yanaşı, süddə bir az yağ, protein,laktoza və buna bənzər minerallar mövcuddur.Süddə olan kiçik yağ kürəcikləri isindikcə yuxarı qalxır və südün üzərində nazik qatı təbəqə əmələ gətirir.Bu təbəqə süd isindikcə meydana gələn buxarın havaya çıxmasına mane olur.Südün daxilindəki buxar artdıqca əmələ gələn təzyiq bu təbəqəni dağıtmağa başlayır
və nəticədə süd daşır.Südü qarışdırmaqla bu təbəqənin əmələ gəlməsinin qarşısını almaq olar, ona görə də süd qaynayana qədər ara verilmədən qarışdırılsa ,daşmaz

İnsanlar nə üçün öpüşürlər?
Əvvəla, bu, mədəniyyətdən gəlir. Demək olar, bütün dünyada insanlar romantik vəziyyətlərdə öpüşmək zərurəti hiss edirlər. Belə təəssürat yaranır ki, əks cinsin nümayəndələri öpüşə proqramlaşdırılıblar və elə yalnız bunu gözləyirlər. Əgər siz bunu anlasanız, həm aldığınız öpüşlər çox olacaq, həm də onlar sizə böyük həzz verəcək.
Bu proqram hər gün işləyir. İnsanlar ekranlarda öpüşən aktyorları görürlər, bir-birilərinə dostlarının kiminləsə öpüşməsi barədə xəbərlər verirlər, küçədə öpüşənləri görürlər. Məlum situasiyalarda öpüş zəruri və vacib komponent rolunu oynayır. Bu səbəbdən də romantik vəziyyətlərdə şüuraltında stereotip işə düşür və insanlarda dəfedilməz bir istək yaranır: bunu həqiqətən də, istəyib-istəmədiklərindən asılı olmayaraq onlar öpüşmək istəyirlər.

Yumurtanın nə üçün bir tərəfi yumru, digər tərəfi itidir?
Əyritərəfli olsaydı kənarları dayanıqlılıq baxımından çox zəif olardı. Ən dayanıqlı həndəsi şəkil kürədir amma bu şəkildəki yumurta diyirlənəcək olsa harada dayanacağı müəyyən olmaz. Yumurta diyirlənincə düz getməz. İncə tərəfi üstündə dairəvi bir yol çəkər. Başladığı yerə yaxın bir nöqtədə dayanar. Yəni düz bir yerdə itməsi qeyri-mümkündür. Yumurta, toyuğun yumurta kanalında kürə şəklindədir. İrəliləməsi əsnasında arxada qalan dairəvi əzələlərin büzüşərək həm yumurtanı irəli itələyərlər həm də bu qisiminə təzyiq edərək konik formasını təmin edər.

Nə üçün əsgər paltarları qəhvəyi rəngdədir?
Formalardakı qəhvəyi rəngi ilk dəfə ingilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə olunmağa başlayıb. İngilis ordusunda Hary Lumsden ingilis əsgərlərinin ağ forma ilə asan hədəf olduqlarını fikirləşincə, paltarlarının üstünə toz, palçıq sürtərək və çay ilə boyayaraq, rənglərini kölgəli qəhvə rənginə çevirmiş, paltarlarının rəngini əraziyə uyğunlaşdırmağa çalışmışdılar. Torpaq rənginə bənzəyən bu formalara Hind dilində "torpaq rəngi" mənasına gələn "Khaki" adı verilmiş və tərcümədə "Xaki" olaraq bilinir.


Tarix: 26.11.2014 / 11:24 Müəllif: Aziza Baxılıb: 226 Bölmə: Maraqlı Melumatlar