beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balın xalisliyini necə ayırd etmək olar?

Bal - arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır

Balın əhəmiyyəti

Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir.

Baldan qoz, badam, quru meyvə, ədviyyat, buğda unu və sair əlavələr etməklə bir sıra xörəklər hazırlanır. Bal uşaq qidasını şirinlətmək və xoş dadlı etmək üçün də əsas vasitədir. Bal səhərlər kərə yağı və qaymaqla ən ləzzətli qida hesab edilir. Bundan başqa təbii baldan şərbətlər, sıyıqlar, halvalar və digər qənnadı desert xörəkləri hazırlamaq olur. Bal şərbəti ilə limon şirəsinin və alma sirkəsinin xüsusi əhəmiyyəti var.

Balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır.

Orta əsrlərin məşhur alimi Əbu Əli ibn Sinanın nəsihəti bu gün də qüvvəsindədir: "Ey insan övladları! Əgər gənclik, cavanlıq təravətini daim saxlamaq və uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi bal yeyin!"

Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Arılar çiçəklərdən və çiçəkli ağacların yarpaqlarından ifraz olunan nektar və ifrazatları yığaraq şana gətirlər. Arılar özlərindən bəzi fermentləri nektara qatıb pətək yerləşdirirlər. Pətək gözlüyündə yığılan maye isə baldır.

Əgər arıya qlikoza, şəkər və buna bənzər qidalar verilərsə balın həqiqi keyfiyyətini itirir. Balı arı istehsal edir. Arının gətirdiyi təmiz bal kristallaşır. Xalq deyimi ilə desək xarranır. Bal çiçək balı və ifrazat balı olmaq üzrə ikiyə ayrılır. 1. çiçək balı (müxtəlif bitkilərin nektarından toplanır). 2. şirə balı (yarpaq və gövdələrin şirin ifrazatından alınır). Çiçək balına cökə, qırxbuğun, üçyarpaq yonca, günəbaxan yağıotu balı aiddir. Balın rəngi ağ, sarı, qonur olub, kimyəvi tərkibi bitkinin növündən və hava şəraitindən asılıdır. Bal yetişdikdən sonra arılar şanları mum qapaqlarla bağlayır. Əmtəəlik bal sentrifuqa üsulu ilə, bəzən də presləməklə şanlardan alınır. Balın qatılığını normalaşdırmaq, istənilən ətrin, rəngin və dadın alınması üçün müxtəlif sortlar qarışdırılır. Bal cökə, fıstıq, sidr və s. ağaclardan hazırlanmış çəlləkdə saxlanılır. Palıd çəlləklərdə qaralır, iynəyarpaqlı ağaclardan qayrılmış çəlləklərdə saxlandıqda isə qatran iyi verir.

Tərkibi: Balın tərkibində yetmişdən artıq maddə cəmlənir. Adətən 13-20% su, 80%-dən artıq karbohidrat, bunların arasında 40% fruktoza, 30% qlükoza, 4% qamış şəkəri, maltoza (səməni şəkəri - disaxorid), nişasta və s. şəkərlərlə yanaşı maqnezium, potasium, kalsium, natrium-xlor, kükürd, dəmir, sink, selenium, miss, xrom, maqanez və fosfor kimi minerallar və mineral duzlar, bir çox üzvü turşular, lumu cövhəri, alma, tartaraq, kərə yağı, ənbər, turşəng, süd və digər turşular da vardır. Həmçinin müxtəlif növ fermentlər (amilaza, katalaza, invertaza) də mövcuddur. Çiçək tozu öz mənbələrinin xassələri ilə əlaqədar olaraq dəyişir və bunun nəticəsində də balda 1,5 mq B2, 0,1mq B1, 2 mq B3, 1 mq B5, 5 mq B6, 30-54 mq C6 və digər vitaminlər yaradır. Eyni zamanda balın tərkibində antibakterioloci təsir xüsusiyyətlərinə malik maddələr də vardır. Bunlara estrogenin parçalanmasından yaranan cinsi harmonları misal göstərmək olar.

Buradan da belə məlum olur ki, bal güclü effektiv müalicəvi və prafilaktik dərmanlardan ibarət müəkkəmməl bir xəzinədir.

Arı yapışqanı - propolis

Propolis bal arısının ağacların qabığından və bəzi bitkilərin tumurcuqlarından topladığı yapışqanlı maddələrdir. Arılar bu maddələrdən qış aylarında pətəklərin giriş qapısının daraldılmasında, səbətin taxta çərçivələrinin biri-birinə yapışdırılmasında, yaşadıqları yuvaların tavanlarını örtən şanın bərkidilməsində, habelə kərtənkələ və siçan kimi pətəyin içinə soxulan həşəratları neştərləri ilə sancaraq öldürdükdən sonra onların cəsədlərini balzamlamada istifadə edirlər. Belə ki, onlar pətəyin atmosferasının korlanmaması üçün ölmüş cəsədi mum təbəqəsi ilə örtürlər. Propolis yaşıl-qəhvəyi rəngli, yapışqan formula malik bir maddədir. Qoxusu tumurcuqlar, bal, mum və vanilin qarışığı kimi xoş və təravətlidir. Yandığı zaman ondan ətirli yapışqanın qoxusu gəlir.

Propolisin tərkibində bir neçə təbii antibiotiklər vardır ki, onların da tərkibi son dərəcə təbii olduğu üçün qaraciyərə, böyrəklərə heç bir mənfi təsir göstərmək qabiliyyətinə malik olmur. Hələ İkinci Dünya müharibəsi zamanı fəal və dərhal təsir gücü olan dərmanların qıtlığı ucbatından yaralananların ölümünə səbəb olan bir çox qorxulu xəstəliklər var idi ki, onların da müalicəsində on minlərlə təbii antibiotiklərdən istifadə edilirdi.Tərkibi: 55% qatran, 30% mum, 10% uçucu ətirli yağlar, 5% isə tozcuq dənələrindən ibarətdir.

Müalicəvi xüsusiyyətləri: propolis tam müvəffəqiyyətlə bir çox yara və irinləmələrin, habelə müxtəlif növ göbələk və oynaq xəstəliklərinin müalicəsində yaxından istifadə olunur. Propolis bakterioloci silah və qanaxmanın qarşısını alan bir vasitə olaraq mühüm rola malikdir. O həm də imunitetin güclənməsinə və xərçəng xəstəliyinə tutulmuş hüceyrələrin vaxtında məhvinə gətirib çıxarır. Bu yapışqanlı maddə dəfələrlə Rusiyanın xəstəxana və tibbi laboratoriyalarında təcrübədən keçirilmiş və sübuta yetirilmişdir ki, toxumaların inkişafına və yeni ətin yaranmasına kömək edən təmizləyici amildir. Balın ilk ağla gələn xüsusiyyəti şirin olmasıdır. Bu isə balın içində olan şəkərin miqdarından asılıdır. Normal balın tərkibi aşağıdakı kimi olur: Üzüm şəkəri (34 faiz), sakroz (2 faiz) ve levulose (meyvə şəkəri 40 faiz).



Saxta balsatanlara diqqət!

İnsanlar gərək xarranan ballara daha çox üstünlük verələr. Balın xarrlanması və eyni zamanda min illərlə xarab olmadan qala bilməsi üçün normal haldır. Yəni təbii bir hadisədir. Xarranan bal heç də öz keyfiyyətin itirmir. Hər bal satandan bal almaq olmaz. Balı etbar etdiyiniz yerlərdən alın. Bazarda şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal çoxdur. Bunlara diqqət yetirmək lazımdır. Azərbaycan xalis bal baxımından dünyanın öndə gələn ölkəsidir. Ancaq, ölkəmizdə adam başına bal istehlakı aylıq çox azdır. Hətta yox dərəcəsindədir. Avropada isə adam başına ayda 1-1,5 kiloqram bal istehlak edilir. Biz ümumiyyətlə xəstə olanda ya da biri tövsiyə edində bal yeyirik. Halbuki bir nəfər ayda ən azı bir kilo bal yeməlidir. Bal qaraciyəri yormadan qana qarışır.

Arıçılar təmiz balı elə öz yerlərində yüksək qiymətə satırlar. Bu gün bazarlarda bir kiloqramı 4-5 manata bal satılır. Halbuki təmiz balın bir kiloqramı 20-25 manatadır. Bu da 4-5 manata satılan balın təmiz olmadığını deməyə əsas verir.

Balın təmiz olub-olmadığını öyrənmək üçün bir sıra üsullardan istifadə olunur. Misal üçün, qaşıqla balı götürürük, tökəndə qaşığı çeviririk, qırılmırsa, deməli təmiz baldır.

Balı iyləməklə də onun təmiz olub olmadığını bilmək olar. Misal üçün, əgər bal cökə balıdırsa cökə iyi verməlidir. Bazarlarda satılan balın isə iyi olmur.

Başqa bir metod balın çəkisini yoxlamaqdır. 3 kiloqramlıq balonda 1 kiloqramlıq suyun yerində 1,460 kiloqram bal yerləşir. Yəni, balonda təmiz balın çəkisi 4,8 kiloqram olmalıdır. Əgər azdırsa, deməli balın tərkibinə su qatılıb.

Bal iki formada saxtalaşdırılır. Evdə bala şəkər şərbəti, müxtəlif məhsullar, dərman preparatları qatırlar. Bu cür balı 3,4,5 manata almaq mümkündür.

İkinci saxtalaşdırma yolu isə arılar vasitəsilə həyata keçirilir. Arıları şəkər şərbəti ilə qidalandırırlar və arılar da balı gül, bitki nektarından deyil həmin şəkər şərbətindən hazırlayır. Tərkibində fruktoza və qlükozanın çox aşağı miqdarda olduğu bu cür balı soyuq şəraitdə saxladıqda kristallaşır. Hətta onu qaynar suya tökəndə belə açılmır. Təmiz bal isə xarlanmalıdır. Ağıza qoyanda ağızda, hətta soyuq suda belə əriyir.


Tarix: 08.01.2013 / 11:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1161 Bölmə: Maraqlı Məlumatlar