beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dahilik dəlilikdirmi?

Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko).
Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir.

Dahilik bir dəlilikdirmi?!

dahiler

Bu barədə düşünmək belə mənimçün çox maraqlıdır. İnsan ömrünün tümünü əgər elmə aid edirsə, həyatını ancaq bununla bağlayırsa, bəlkə həqiqətən də bu sonda dəliliyə gətitib çıxarar. Çünki, bir çox yaradıcıların həyatına fikir versək, görərik ki, onlarda ailəcanlılıq, dostluq kimi hisslər olmur. Onlar soyuqqanlı və tənha olurlar. Bəlkə də hər şey də elə bu tənhalıqdan başlayır.

Alman bəstəkarı Şuman 24 yaşında dəlilik pristupları keçirirmiş. Sonralar isə, hardasa ömrünün 46-cı ilində ağlını tamamilə itirmiş olur, belə ki, o akkordlara və musiqi frazalarına uyğunlaşan səsləri görürmüş, onu bəzən stollar da izləyirmiş.
Neçə-neçə yazarlar, rəssamlar olub ki, hər birinin ağzından çıxan ifadələr bir çoxlarını onlara dəli deməyə məcbur edib. Məsələn, italyan filosofu Kardano. Ona elə gəlirdi, bütün başçılar, hökmdarlar onun arxasında cəsusluq edirləmiş və bundan əlavə də guya ona verilən ətə bilərəkdən şam qatılırmış.

Və ya məşhur Motsart! Onun da izlənmə maniyası var idi. Motsart elə bilirmiş ki, italyanlar onu daim izləyir və onu zəhərləmək istəyirlər.

İngilis yazıçısı Qarrinqton isə elə gəlirmiş ki, düşüncələr onun ağzından quş kimi uçur və o onları tutmaq üçün tor götürərək, qovalayırmış.

İnsan bunları oxuduqca, eşitdikcə və nəhayətində düşündükcə bəzən çaışıb qalır. Amma, sonra da deyirsən ki, xəstəliklər (daha çox da amneziya) adi insanlara üz tutduğu kimi, onlarda da baş verə bilər. Sadəcə onlarda baş verənlər nədənsə eyni tip bir xətəlik olur, hansı ki, sonda ağlın tamamilə itməsinə gətirib çıxarır.

Bir çox dahilər də içən olublar. Məsələn, rəssam Van Qoq vedrələrlə absent (yovşan arağı) içə-içə sutkalarla şəkil çəkirmiş və belə gedə-gedə nəticədə sol qulağını kəsdi və bu halda avtoprtretini hazırladı. Bundan sonra da nə gözləmək olardı- 37 yaşında özünə qəsd edərək öldü. Sonra da həkimlər Van Qoq-un sağ vaxtında ona qoyulmuş 150 tibbi diaqnozları aləmə yaymalı oldular. Belə ki, Van Qoqda olan bir çox əsas xəstəliklər bunlar idi: şizofreniya, beyində şiş, epilepsiya, psixoz və hətta, onda üskükotu ilə zəhərlənmə də müəyyən edilmişdi. Hansı ki, o vaxtlar bu otdan psixi xəstəlikləri müalicə etmək üçün istifadə olunurmuş.

dahiler2

Əzablarını azca da sakitləşdirmək üçün şer yazan Qeyne deyir ki “mirvari balıqqulağının əzabı olduğu kimi, yaradıcılıq da qəlbin əzabıdır. Yəni Qeyne özü də bunu çox yaxşı dərk edirdi.

Hər bir dahinin elə bir qeyri-adi xüsusiyyətli olub ki, onlar hər zaman buna görə diqqət çəkiblər. Məsələn, deyilənə görə Qaydn almaz qaşlı üzüyü olmadan işləmirmiş; o tez-tez onu incələyərmiş;
Şiller isə nədənsə süfrədə çürümüş, xarab olmuş almalar olanda yazıb-yarada bilirmiş. Bundan əlavə o öz işlərinin üstündə ayaqlarını soyyuq suyun işində saxlayaraq görürümüş;
Jorj Sant hər gün ancaq 11 saat işləyərmiş. Əgər o ramanını 10:30-da bitirərdisə, dərhal başqa bir romana başlayardı, hansı ki, üstündə ancaq yarım saat işləyərdi;
Şarlotta Bronte roman yazdığı vaxt dəfələrlə işin arasında mətbəxə yollanardı ki, kartof soysun;
Xanımını çox sevən məşhur rəssam Anri Matis özü qeyd eləmişdi ki, rəsmləri, sənətini ondan da çox sevir. O da hər zaman depressiya içində yaşayıb. Şəkil çəkməmişdən qabaq onda kimisə boğmaq kimi dəli bir istək olurmuş;
Düma (ata) ancaq xüsusi kvadrat kağızlarda yazırmış, onlar olmadığı halda o işini saxlayarmış.
Oğul Düma isə ilhamını oyatmaq üçün 5 dəfə yaxşıca nuş eləməyi sevirmiş.
Meterlink hər saat təxminən 3 saat öz masasında oturar və ağlına heç nə gəlməsə belə aramsız olaraq kağıza baxarmış. Eləcə də Edqar Po – o da saatlarla gözünü çəkmədən bomboş kağıza baxarmış.

Çoxduree, rəsmlərini bəh-bəhlərlə, heyranlıqla seyr etdiyimiz, musiqilərini böyük həzzlə dinlədiyimiz, hikmətli sözlərini ibrətlə andığımız, əsərlərini maraqla oxuduğumuz dahilərin həyatından deyiləsi, yazılası, öyrənəsi məqamlar o qədər çoxdur ki, yaz-yaz bitirmək olmaz. Məncə dahiliyə dəlilik kimi bir tərif vermək düz olmazdı. Bəlkə də dəli deməklə düzgün davranmırıq, bəlkə də bu onların xətrinə dəyərdi. Amma, bunları oxuduqca əlbət ki, sən də düşünürsən ki, bəs, nə deməliyik?! Hər halda dahilik dahilikdir, sadəcə olaraq yaradıcı şəxslərin buna həddindən çox bağlı olmaları, həyatlarını bununla bağlamaları onları dəliliyə gətirib çıxarır. Nə bilim, hələ ki belə düşünürəm. Görək sonra necə olacaq?!


Tarix: 30.11.2014 / 19:16 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Müxtəlif