beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmşid Naxçıvanski

Naxçıvanski Cəmşid Cəfərqulu oğlu – məşhur Naxçıvan xanları sülaləsinin axırıncı – altıncı generalı, briqada komandiri.

Həyatı

Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.

C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunmuşdur və hökm dərhal icra edilmişdir.

1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.


Tarix: 11.01.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Müxtəlif