beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xan Naxçıvanski

Naxçıvanski Hüseyn xan Kəlbəli xan oğlu (28 iyun, 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbİ xadimi.Tam süvari qoşunu general-leytenantı (1915).

Həyatı

Hüseyn Xan Naxçıvanski Kəlbəli Xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir.

Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir.

Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində Naxçıvaninin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leybqvardiya polkunun komandiri olmuş, 1907-ci ildə generel-mayor rütbəsinə layiq görülmüşdür. 1912-ci ildə Naxçıvani 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri olan Naxçıvani alman cəbhəsinin yarılmasında fərqlənmişdir.

Rus yazıçısı A. Soljenitsin "14 avqust" romanında yazmışdır: "Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi". Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə gorə 1916-cı ildə Naxçıvaniyə tam süvari qoşunu generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Rusiyada Fevral İnqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır.

Dördüncü və üçüncü dərəcəli müqəddəs Georgi ordenləri ilə, Müqəddəs Vladimir, ikinci dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs Anna, İgidliyə görə, İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şire-Xurşid, zabitlərə məxsus Rumın ulduzu, Avstriyanın Dəmir xaç, Bolqarıstanın Döyüş xidmətlərinə görə ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunmuşdur.

1919-cu ildə 56 yaçında Petroqrada vəfat etmişdir. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının qəbiristanlığındadır. Görkəmli Azərbaycan generalının bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.


Tarix: 11.01.2013 / 14:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 590 Bölmə: Müxtəlif