Notice: Undefined index: page in /home/haqqinda/web/haqqinda.az/public_html/functions.php on line 51
Müxtəlif

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

MüxtəlifRəşid Behbudov...

Rəşid Behbudov...

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 - 9 iyun 1989) — görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı. Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi fəxri adlarını almışdır.

Həyatı
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Ardı »

MüxtəlifGilani

Əbdül Qadir Gilani (1077-1166) Allah-təalanın böyük övliyalarındandır. O, hər əsrdə möminlər tərəfindən sevilmişdir. Əbdül Qadir özü onunla baş verən möcüzələri belə danışır: «Uşaq idim. Bir gün anamın yanına gedib dedim ki, məni haqq-təalanın yoluna istiqamətləndir və izn ver Bağdada gedib elm öyrənim, saleh adamları və övliyaları ziyarət edim. Anam ağladı, sonra qalxıb atamdan miras qalmış 80 qızıl gətirdi. 40-nı qardaşıma ayırdı, 40-nı da libasımın qoltuğunun altına tikdi. Getməyimə izn verdi və məndən söz aldı ki, hər zaman doğruluq tərəfdarı olacağam. Mənə uğur di­lədi və dedi: «Haydı, Allah səni salamat eləsin, oğlum! Allah xatirinə, səndən ayrılıram. Qiyamətə qədər bir daha üzünü görmərəm.»

Mən Ardı »

MüxtəlifFridrix Nitsşe...

Qarımış qızların əhatəsində

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi.


Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkasının inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç Ardı »

MüxtəlifJanna Dark...

Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.
Pərilərin dolaşdığı yerdə
Janna d’Ark Şampan və Lotaringiya əyalətlərinin sərhəddində Domremi kəndində varlı Ardı »

MüxtəlifNəriman Nərimanov...

Nəriman Nərimanov...

Nərimanov Nəriman Nəcəf oğlu (14 aprel 1870, Tiflis, Gürcüstan-19 mart, 1925, Moskva, Rusiya) — ictimai xadim, yazıçı, publisist, həkim, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı.

Həyatı

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini türk dilinə çevirmişdir. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində Ardı »

Müxtəlifİlk kosmonavt

1961-ci il aprelin 12-i. Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi "Vostok-1" kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi "Kedr" olmuşdu. Bu şifrənin hazırlanması general Kərim Kərimova həvalə olunmuşdu.

1968-ci il martın 27-də Yuri Qaqarin və təyyarəçi-təlimatçı Vladimir Seryogin "MİQ-15" təyyarəsində təlim uçuşları zamanı həlak olublar. Yuri Qaqarinin müəmmalı ölümündən sonra ilk kosmonavtın Ardı »

MüxtəlifTarixdəki məşhurların hazırcavablılığı

1. Çörçill avam kamerasından danışarkən, müxalifət partiyasından bir qadın- millət vəkili Churchillə hirsli halda deyir:
- "Əgər həyat yoldaşınız olsaydım, qəhvənizin içinə zəhər qatardım."
Çörçill olduqca sakit halda qadına tərəf dönər və belə deyər:
- "Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni sevə-sevə içərdim"

2. Sokrat və yoldaşı heç cür yaxşı dolana bilmirmişlər. Bir gün yoldaşı Sokrata qışqırmış, ağzına gələni söyləmişdir. Ərinin heç bir reaksiya vermədiyini gorən qadın bir vedrə suyu götürüb onun başına boşaltmışdır. Sokrat çox sakin:
- "Bu qədər göy gurultusundan sonra onsuz da bir yağış gözləyirdim" demişdir.

3. Bernard Shaw ilə Churchill heç yola gedə bilməz və tez-tez bir-birlərini iynələyərlərmiş. Bernard Shaw, bir oyunun Ardı »

MüxtəlifMəhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»
Üç yaşında ikən Peyğəmbərin Ardı »