beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Verner Heyzenberq və atom bombası

Tarixdə onun haqqında çox az danışılıb və onun adı yalnız müəyyən dairələrdə tanınır. Halbuki, bir vaxtlar o, bir sıra elmi kəşflərinə görə gənc yaşlarında Nobel mükafatı almışdı. Ötən əsrin 30-cu illərinin sonunda Hitler Almaniyasında fizik Verner Heyzenberqin adı gələndə hamı ayağa qalxırdı. O, məşhur fizik, atom bombasının müəlliflərindən biri olan Nils Borun ən sevimli tələbələrindən idi.
Onlar hər ikisi о dövr üçün mühüm hesab edilən atom bombası üzərində işləyirdilər. Lakin Heyzenberq və Bo­run yolları ayrılmışdı. Bor faşist Almaniyasına xidmət etmək istəmirdi və buna görə də, Danimarkaya köçmüşdü. Heyzenberq isə bütün həyatını Almaniyanın gələcəyinə həsr etməyi qərara almışdı. O, Hitlerin yüksək inkişaf etmiş sivilizasiya quracağına əmin idi və hesab edirdi ki, fürerin axıtdığı qanlar da elə bu müqəddəs vəzifəyə xidmət edir. Lakin Heyzenberqin almanlara xidmət etməsi heç də birdən-birə başa gəlməmişdi.
Heyzenberq nə üçünsə nasistlərin qara siyahısında idi. Nasistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, elmi müəssisələrdən yəhudiləri qovmağa başladılar.
Lakin Heyzenberq bunun əleyhinə idi. О, bir dəfə açıq şəkildə qəzetlərin birinə bildirmişdi ki, ölkədən çıxarılan yəhudi alimlər sonradan Almaniyamn başağrısına çevriləcəklər. Çünki onların hamısı yüksək texniki biliklərə malik idilər və tə­bii ki, Hitlerin düşmənlərinə canla-başla xidmət edəcəkdilər.
Verner HeyzenberqHitlerə rəğbəti olsa da, nasistlərin yəhudilərə münasibətini bəyənməyən Heyzenberq Hitlerin partiyasına üzv olmaq fikrindən vaz keçmişdi. Bunu görən məşhur alman fizikləri Nobel mükafatı laureatları Filipp Leonard və Yoharmes Ştark 1937-ci ilin iyun ayında «Der Scwarze Korps» qəzetində yəhudilərə satılan ağ yəhudilər barədə böyük bir məqalə dərc etdirdilər. Onlar bu məqalədə Heyzenberqi kəskin tənqid edərək, onu Hitlerə münasibətdə qeyri-səmimilikdə suçlayırdüar. Gııya o, elmdə yəhudi Eynşteynin nəzəriyyəsini təbliğ edirdi.
Bundan qəzəblənən Heyzenberq anası vasitəsi ilə Henrix Himmlerin anasına müraciət et­di. Bunun ardınca о, Himmlerə şəxsən müraciət edərək, onu böhtanlardan qorumasını xahiş etdi. Himmler noyabra qədər fikirləşdikdən sonra məsələni arasdırmağı gestapo şefı Reynxard Heydrixə tapşırdı. Heyzenberqi dərhal gestapoya çağırdılar. Onun Hitlerə loyallığının yoxlanılması isə 7-8 ay çəkdi. Sınaqdan uğurla çıxan Heyzenberqə Fizika İnstitumna rəhbərlik etmək tapşırıldı və o, Berlin Universitetinin professoru seçildi. 1939-cu ildə el­mi konfransda iştirak etmək üçün ABŞ-a gedən Heyzenberqə orada qalmaq təklif edildi.
Onun keçmiş aspirantı, sonralar hidrogen bombasının müəllifi Edvard Teller Heyzenberqə Hitlerə xidmət etməyin insanlıqla bir araya sığmadığını bildirdi. Heyzenberq isə Tellerə «əgər qardaşım evimi oğurlayıbsa, bu, о demək deyil ki, o, artıq qardaşım deyil» cavabını verdi.
İkinci Dünya müharibəsi başlanarkən, nüvə fizikası sahəsində işləyən alman alimləri «Uran Klubu» ətrafında birləşmişdilər. Kluba məşhur fizik Valter Herlax rəhbərlik edirdi. Ancaq klubun ilhamverici qüvvəsi Heyzenberq idi. Klubun məqsədi atom bombası əldə etməyə imkan verəcək nüvə reaktorunun qurulması idi. ABŞ-ın Kolumbiya Universitetində aparılan analoji tədqiqatlara isə, italiyalı fizik Emiko Fermi rəhbərlik edirdi. Ancaq hər iki alim bu qənaətdə idilər ki, müharibə başa çatmayana qədər atom bombası hazırlanmayacaq. 1940-cı ilin əvvəllərində Heyzenberq gözlənilmədən qəribə bir fikir irəli sürdü. O, müharibədə almanların və müttəfiqlərinin qələbə çala bilməyəcəklərini, əksinə, rusların müharibəni qələbə ilə başa vuracaqlarını söylədi. 1941-ci ilin yayında «Uran Klubu» ABŞ-lı həmkarlarını nüvənin bölünməsi üzrə aparılan tədqiqatlarda azı 4-5 il qabaqlamışdı.
Sonralar Heyzenberq yazırdı: «1941-ci ilin sentyabr ayında biz atom bombasına gedən yolun astanasında idik». Lakin o, öz müəllimi Nils Bordan məsləhət almaq üçün Danimarkaya getməyi qərara aldı. Onun Borla apardığı danışıqların mahiyyəti təfərrüatı ilə məlum deyil. Ancaq Verner Qey­zenberq Almaniyaya qayıtdıqdan sonra sanki tamam dəyişdi. Bor isə, Heyzenberqlə görüşündən iki il sonra, Amerikaya gedərək orada atom bombasının hazırlanmasına qoşuldu. Tədqiqatçıların çoxunun fikrincə, Heyzenberq Nils Bora Almaniyada işə dəvət etmişdi. Belə ki, Danimarkaya səfərində Heyzenberqi fizik Karl Fridrix və Rixard Fon Vaytzekker qardaşları müşayiət edirdilər. Həmin dövrdə mətbuatda gedən bir xəbər faşist Almaniyasında böyük həyəcana səbəb olmuşdu. Xəbərdə deyilirdi ki, ABŞ atom bombasının astanasındadır. Görünür, Almaniya da bu işi sürətləndirmək üçün Nils Boru aparılan tədqiqatlara cəlb etmək istəyirdi.
Sonradan Heyzenberq Borla görüşü barədə demişdi ki, o, müəlliminden bəzi mənəvi məsələlərə aydınlıq gətirməsini xahiş edibmiş. Məsələn, o, Bordan soruşub ki, fiziklərin müharibə vaxtı atom bombası üzərində tedqiqat aparmağa mənəvi haqları varını? Bor isə atom bombasının bəşəriyyətə fəlakətlər gətirəcəyi barədə şagirdinə xəbərdarlıq etmişdi. Atası alman, anası isə yəhudi olan Nils Bor Hitlerə nifrət edirdi və o, bunu heç kimdən gizlətmirdi. Hər halda, hadisələr Borun sözlərinin Heyzenberqə böyük təsir göstərdiyini üzə çıxardı.
1942-ci il iyul ayının 4-də Almaniyanın hərbi sursat sənayesi naziri Albert Şpeyer Berlində fiziklərin xüsusi müşavirəsini çağırdı. Məqsəd atom bombası ilə bağlı tədqiqatların sürətləndirilməsi idi. Müşavirədə çıxış edən Heyzenberq adı çəkilən sahədə aparılan tədqiqatlar barədə geniş məlumat verdi. Şpeyer Heyzenberqdən birbaşa: «Atom bombasını əldə etmək üçün nə qədər vaxt lazımdır?» - deyə soruşdu. Fizik isə bunun üçün ən azı 3-4 il lazım gələcəyini bildirdi. O, eyni zamanda Şpeyerə dedi ki, bombanın müharibənin sonuna ki­mi hazır olması inandırıcı görünmür. Buna cavab olaraq, Şpeyer atom bombasının əsas hissəsi olan uran reaktoru üzərində tədqiqatların dayandırılacağını xəbər verdi. Şpeyer Hitlerə hesabatında bildir­di ki, atom bombasından bir şey çıxmayacaq. Ona görə də Verner fon Braunun möcüzə silahı hesab edilən ballistik raketlər üzərində aparılan tədqiqatları sürətləndirmək lazımdır. Beləliklə, Almaniya bir müddət atom bombası ideyasını dəfn etmiş ol­du. Belə ehtimal etmək olar ki, bu məsələdə Borla gizli söhbət edən Heyzenberqin də rolu oldu. Çünki Heyzenberq atom bombası ilə bağlı tədqiqatları yubatmaqla faktiki olaraq Almaniyaya böyük bir zərbə vurdu.
İşğal edilmiş Parisdə yaşayan tanınmış fizik Frederik Jolio Küri də almanların gizli obyektlərindən xəbərsiz idi. Bunu görən Amerika kəşfiyyatı diqqəti Strasburqdakı universitetin fizika nəzəriyyəsi kafedrasına rəhbərlik edən Karl Fon Vaytzekkerə yönəltdi. Noyabr ayının 25-də müttəfiq qoşunları Strasburqu tutdular. Vaytzekkerin laboratoriyası isə «Alsos» tərəfindən ələ keçirildi. Laboratoriyada məhv edilməyən onlarla gizli sənəd var idi. ABŞ-dan təcili şəkildə gətirilən mütəxəssislər bir həftə ərzində gizli sənədləri öyrəndikdən sonra məlum oldu ki, Almaniya atom bombası hazırlamaq əvəzinə, nüvə reaktoru qurub. Halbuki, eldə edilən vasitələr atom bombasının yaradılması üçün kifayət idi.
Alman kəşfiyyatçdan heç vaxt ABŞ və Böyük Britaniyanın atom bombası ilə bağlı apardıqları tədqiqatlarla maraqlanmırdılar. Çünki onlar əks tərəfin atom bombası düzəldə biləcəyinə inanmırdılar. Bunun da səbəbi alman fiziklərinin özləri idi. Heyzenberq başda olmaqla bütün alman fizikləri bu sahədə digər ölkələri xeyli qabaqladıqlarını bildirirdilər. Əvəzində isə ingilis və Amerika kəşfiyyatçıları Almaniyanın atom bombası ilə bağlı apardığı tədqiqatlara xüsusi maraq göstərirdilər. Çünki Böyük Britaniya və ABŞ Almaniyadakı fiziklərin gücünə yaxşı bələd idilər. Meşhur «Manhetten» layihəsinin rəhbəri, general Lesli Qrovz 1943-cü ilin payızında böyük Britaniyanın xüsusi xidmətlər idarəsinin şefi Uilyam Donovana müraciət etdi. O, Donovandan alman və Italiya fiziklərinin yerinin müəyyənləşdirilməsini, həmçinin atom bombası ilə bağlı obyektlərin aşkar edilməsini xahiş edirdi.
Həmin ilin noyabrında Qrovzun köməkçisi gizli şəkildə Londona getdi. Səfərdən məqsəd Nils Bo­run ABŞ-a aparılmasına nail olmaq idi. Çünki ABŞ-da basa düşürdülər ki, Borun yardımı olmadan atom bombasını yarada bilməyəcəklər. Bor üç il idi ki, Kopenhagendə tək-tənha yaşayırdı. Demək olar ki, heç kimlə əlaqə saxlamır, yalnız Bi-Bi-Si-nin informasiyalarına qulaq asırdı. Ona görə də, o, Böyuk Britaniya kəşfiyyatının əməkdasları ilə söhbətində onların nə istədiklərini başa düşə bilmirdi. Bora ingilis dostu, Nobel mükafatı laureatı Ceyms Çedvikin müraciətini təqdim edəndə o, donub qaldı. Çünki Çedvikin ingilis kəşfiyyatına cəlb edilməsi Bor üçün inanılmaz görünürdü. Çedvik Heyzenberqin imkanlarına yaxşı bələd idi və onun atom bombası ilə bağlı apardığı tədqiqatları uğurla başa çatdıracağına inanırdı. Çedvik Qeyzen­berqin Borla xoş münasibətdə olmasından istifadə etmək qərarına gəldi. Onu da deyək ki, ingilis kəşfiyyatı almanların atom bombası sahəsində apardıqları tədqiqatlarla hələ 1942-ci ildən maraqlanırdı.
Borla Heyzenberqin görüşlərini diqqətlə izləyən ingilis kəşfiyyatı Bordan istifadə etməyi qərara aldı. 1943-cü ilin yanvar ayında Boru Londona dəvət etdilər. Danimarka hərbi kəşfiyyatının zabiti Volmar Hit Bora bildirdi ki, ingilislər almanların atom bombası üzərində apardıqları tədqiqatlarla maraqlanırlar. Bor isə əvəzində Londonun ondan nə istədiyi barədə yazüı izahat tələb etdi.
Hitler çətinliklə də olsa, məsələnin ciddiliyini öz şefinə izah edə bildi. Öz növbəsində, ingilis kəşfiyyatı Çedviklə məsləhətləşməyi qərara aldı. Çedvik Boru yazılı şəkildə Londona dəvət etməyin təhlükəli olduğunu başa düşürdü. O, almanların məsələdən xəbər tutacaqlarından və Boru həbs edəcəklərindən qorxurdu. Buna baxmayaraq, Çedvik Boru Londona dəvət etdi.
Hitler onun dəvətini Bora çatdırdı. Lakin Bor Danimarkanı tərk etməyəcəyini bildirdi. Ancaq 1943-cü ilin yayında Bora məlum oldu ki, Almaniya uranın əldə edilməsinin bir addımlığındadır. Üstəlik, almanlar Norveçin Ryukan şəhəri ətrafında yerləşən Norsk-Hudro zavodunda atom bombasının yaradılması üçün əsas rol oynayan ağır suyu almağa başlamışdılar.
Almanların atom bombasının astanasında olduqları ingilis kəşfiyyatına da məlum idi. Çedvik giz­li məktubla Bordan Norveçdəki zavodun bombalanmasına ehtiyac olub-olmadığını soruşdu. Bor isə ona zavodun bombalanmasının vacibliyini bil­dirdi. Alman əks-kəşfiyyatı da ingilis kəşfiyyatının Danimarkada fəallaşmasından xəbər tutmuşdu. Ona görə də, Almaniya 1943-cü ilin avqust ayında, işğal altında olan Danimarkada hərbi vəziyyət elan etdi. Bunun ardınca, Himmler Fürerdən Danimarkadakı bütün yəhudilərin deportasiyası barədə əmr aldı. Yəhudilərin Danimarkadan köçürülməsi sentyabrın 30-na təyin edilmişdi. Ancaq ingilis kəşfiyyatı Hitlerin əmrindən xəbər tuta bilmişdi. Bu barədə dərhal Danimarkadakı yəhudilərə xəbərdarlıq edildi. Bor da daxil olmaqla, yəhudilərin böyük əksəriyyəti, gizli şəkildə Danimarkanı tərk edərək İsveçə keçə bildilər.
1943-cü ilin noyabr ayında ABŞ aviasiyası Ryukandakı (Norveç) ağır su zavodunu bombalayaraq sıradan çıxartdı. Eyni zamanda, ingilis generalı Brovz Heyzenberqin qaçırılması barədə xüsusi plan hazırladı. Bu planı ABŞ və ingilis kəşfiyyatı birgə həyata keçirməli idi. Lakin Heyzenberq yoxa çıxmışdı. ABŞ və ingilis kəşfiyyatının bütün cəhdlərinə baxmayaraq, Heyzenberqin yerini müəyyən etmək mümkün olmadı. 1944-cü ilin mart ayında, ABŞ aviasiyası, Berlin ətrafında yerləşən Kimya İnstitutuna məxsus laboratoriyanı bombalayaraq yerlə-yeksan etdi. Laboratoriyaya Heyzenberq şəxsən özü rəhbərlik edirdi. Təcili şəkildə laboratoriyanı digər yerdə yenidən yaratmaq lazım gəldi. 1944-cü ilin mart ayında ABŞ kəşfiyyatı xəbər tutdu ki, laboratoriya Hexingen şəhəri yaxınlığında yerləşdirilib. Hexingendə təcili şəkildə gücü 200 milyon volta çatan siklotron inşa edilirdi. Bütün bunlar ABŞ və Böyük Britaniya kəşfiyyatını daha da fəallaşmağa məcbur etdi. 1943-cü ilin dekabr ayında, ABŞ kəşfiyyatı, alman gizli nüvə tədqiqatları mərkəzlərini aşkara çıxarmaq və orada işləyən alimləri müəyyən etmək üçün «Alsos» adlı xüsusi əməliyyat planı hazırladı. Əməliyyat planına uyğun olaraq, 1943-cü ilin sonlarına yaxın Avropaya xüsusi kəşfiyyat qrupu göndərildi. Onlar almanların gizli obyektləri barədə informasiya toplamalı idilər. İtaliyaya müttəfiq qoşunlarının daxil olması ABŞ kəşfiyyatçılarına orada fəal axtarış işlərini həyata keçirməyə imkan verdi. Eyni zamanda, ABŞ-ın məşhur kəşfiyyatçısı Morris Berq do Romaya gəldi. Morris Berq 30-cu illərdə ABŞ-da beysbol həvəskarları arasında yaxşı tanınırdı. O, beysbolun ən mahir ustası hesab edilirdi. Prinston Universitetini bitirən Berq güclü yaddaşa malik idi və istənilən adamı asanlıqla ələ ala bilirdi. Berqin atası Ukraynadan ABŞ-a köçən yəhudilərdən idi. Onların Nyu-Cersi ştatındakı Nyuark şəhərində aptekləri var idi. Morris Berqdə anadangəlmə yaxşı dilöyrənmə qabiliyyəti var idi və о nəinki Avropa ölkələrinin dillərində, həm də qədim Sanskrit dilində sərbəst danışırdı. On minlərlə tamaşaçının sevimlisi olan Morris Berq 1939-cu ilin avqust ayında güclülər dəstəsində çıxışını başa çatdırdı. Buna səbəb isə, onun kəşfiyyat idarəsində işə cəlb olunması oldu.
Morris Berqin qeyri-adi bacarığı MKİ-de işləyənləri mat qoymuşdu. Əldə edilməsi mümkünsüz görünən bir çox sirləri asanlıqla toplayan Berq qısa müddətdə təcrübəli kəşfiyyatçı kimi məşhurlaşdı. Berqi İtaliyaya göndərən MKI onun tezliklə Almaniyanın gizli obyektlərinə açar əldə edəcəyinə əmin idi. «Alsos» qrupu İtaliyada almanların gizli obyektlərinin izinə düşə bilmədi. Ələ keçirilən İtaliya fizikləri də almanların gizli obyektləri barədə heç nə bilmirdilər. Qeyd edək ki, həmin dövrdə Heyzenberq artıq atom bombası haqda deyil, özünün gələcəyi barədə düşünürdü. 1944-cü il dekabr ayının ortalarında alman ordusu müttəfiqlərə güclü zərbələr endirərək, onları geri çəkilməyə məcbur etdi. Dekabrın 17-də Heyzenberq yerli universitetdə mühazirə oxumaq üçün köhnə dostu Paul Şenerin dəvətilə Sürix şəhərinə gəldi.
О burada dostu Paul Şenerlə görüşdü. Həmişəki kimi Vaytzekker də onunla idi. Amma nə üçünsə Heyzenberq və Vaytzekker özlərinin təhlükəsizliklərini təmin edən heç bir tədbir görməmişdilər. Alman kəşfiyyatı da iki məşhur fizikin İsveçrəyə səfərində onların təhlükəsizliklərinin təminatını yaddan çıxarmışdı. Heyzenberq və Vaytzekker Sürix Universitetində bir neçə mühazirə oxudular. Mühazirələri dinləyənlər əsasən Heyzenberqin köhnə dostları idilər. Lakin Morris Berq və onun silahdaşı Leo Martinutsi də müxtəlif yollarla mühazirə zalına yol tapmışdılar. Berqin cibində 42 kalibrli pistolet vardı. Avropaya səfəri ərəfəsində nüvə fizikası ilə tanış olan Berq, lazım gələcəyi təqdirdə, Heyzenberqi yerindəcə öldürmək tapşırığı almışdı. Amma Berq tələsməməyi qərara aldı. Çünki məlum olmuşdu ki, Almaniya atom bombası hazırlamaqdan hələ uzaqdır. Digər tərəfdən də, Heyzenberqin ələ keçirilərək ABŞ-a aparılması da nəzərdə tutulmuşdu. Berq yaxşı anlayırdı ki, ölü Heyzenberq deyil, ələ keçirilən diri Heyzenberq ABŞ-a daha çox fayda verə bilər. Alman fizikin mühazirəsindən heç nə anlaya bilməyən Berq onun natiqlik qabiliyyətinə heyran qalmışdı. O, qarşısındakının özü kimi qeyri-adi bir fenomen olduğunu dərk etməyə başlamışdı. Lap ön sırada oturan Berq və Heyzenberq hansısa bir məqamda qeyri-ixtiyari olaraq bir-birilərini süzdülər. Qarşısındakının qaraya çalan kürən saçları, qəzəbli gözləri və dodaqlarının xəfif təbəssümü Berqə nə üçünsə irlandları xatırlatdı. O, artıq Heyzenberqi песə ABŞ-a aparmaq barədə düşünürdü. Bu işdə isə Şenerin ona yardımı dəyə bilərdi. Sürix Universitetinin professoru Paul Şerrer ABŞ kəşfiyyatı tərəfindən ələ alınmışdı. O, alman fiziklərilə bağlı əldə etdiyi məlumatları müntəzəm olaraq ABŞ-a ötürürdü. Heyzenberqin Sürixə dəvət edilməsini də MKI-nin tapşırığı ilə etmişdi. Berqin Sürixə gəlməsindən hansısa gizli əməliyyata hazırlıq getdiyini anlayan Şener mühazirədən sonra Martinutsini və onu öz otağına dəvət etdi. Berq Şenerdən haçansa Heyzenberqi ailəsilə birlikdə Sürixə dəvət edə bilib-bilməyəcəyini soruşdu. Şener dərhal anladı ki, bu, Heyzenberqin ələ keçirilərək ABŞ-a qaçırılmasına vurulan işarədir. Şener isə şübhə doğurmamaq üçün Heyzenberqin digər adamlar, məsələn, onun müəllimi Bor tərəfindən Sürixə dəvət edilməsini daha məqsədəuyğun hesab etdiyini bildirdi. О bununla belə, Heyzenberqdən Sürix Universitetində mühazirə oxumağa gələ bilib-bilməyəcəyi ilə maraqlanacağını vəd etdi. Mühazirədən sonra, Şener və dostları, Heyzenberqlə birlikdə göl sahilində yerləşən restoranda axşam yeməyi yedilər. Yeməyin ortasında qəzetsatan «Neue Zurcher Zeimng» qəzetinin axşam nömrəsini gətirdi. Heyzenberq qəzeti alaraq dərhal xəbərləri oxumağa girişdi. O, alman ordusunun feldmarşal Rudenştedin başçılığı altında əldə etdiyi uğurdan çox məmnun olmuşdu. Heyzenberq qələbə sevincini çətinliklə gizlətməyə çalışırdı. Çünki yemək dostlarından bəzilərinin Almaniyanın uğurlarına sevinmədiyini anlayırdı.
Bir neçə gündən sonra, Şerrer, evində Qeyzen­berq üçün daha bir qonaqlıq təşkil etdi. Qeyzen­berq bu dəvəti qonaqlıqda siyasətdən danışılmaması şərtilə qəbul etdi. Lakin qonaqlıqda bu şərtə əməl etmək mümkün olmadı. Belə ki, almanlar cəbhədə - Ardennada çətin vəziyyətə düşmüşdülər. Siyasət barədə söhbətə isə gözlənilmədən Şenerin arvadı başladı. O, Heyzenberqdən yəhudilərin qətlinə hansı münasibət bəslədiyini soruşdu.
Verner Heyzenberq,Werner Heisenberg Heyzenberq isə bildirdi ki, yəhudilərin kütləvi şəkildə qətlə yetirilmələri barədə heç bir məlumata malik deyil. Amma yəhudilərin soyqırıma məruz qalmaları barədə söhbət xoşagəlməz istiqamətdə inkişaf etməyə başladı. Qonaqların bəzilərinin almanların hamısını nasist adlandırmağa başlaması Heyzenberqi özündən çıxartdı. O, almanların dünyanın ən mədəni və ari millət olmalarını sübuta yetirən onlarla fakt gətirəndən sonra: «Mən nasist deyiləm, milyonlarla mədəni, sivil almanlardan biriyəm», - dedi. Qonaqlıqda olan Berq Heyzenberqi müşahidə edir və Heyzenberqin əsəbiləşməsindən və özünü nasist deyil, alman adlandırmasından basa düşdü ki, Almaniya heç bir möcüzəli silaha malik deyil. Heyzenberq özü də bu müharibədə məğlub olduqlarını artıq başa düşür.
Qonaqlıq başa çatdıqdan sonra, Berq, Qeyzen­berqi otelə qədər müşayiət etməli oldu. Alman fiziki hələ universitetdə mühazirə oxuyan zaman Berqi görmüşdü. Qonaqlıqda siyasi diskussiyalar zamanı, o, hiss edirdi ki, bu cavan oğlan onun tərəfindədir və lazım gələcəyi təqdirdə onu müdafiəyə qalxacaq. Onlar Sürixin qaranlıq küçələrilə otelə doğru gedirdilər. Berq istər-istəməz cibindəki tapançanı hazır vəziyyətə gətirmişdi. Amma yenə də, əvvəlki kimi, Heyzenberqi öldürməyə ona hansısa qüvvə mane olurdu.
Yolda Heyzenberq həyatın onun üçün darıxdırıcı olduğunu Berqə söylədi. O, Almaniyanın hara isə gözlənilməz uçuruma sürükləndiyini və bun­dan ürəyi ağrıdığını xüsusi vurğuladı. Qarşısındakını adi bir isveçrəli hesab edən Heyzenberq, həmin an, taleyinin bir tükdən asdı olmasından xəbərsiz idi. Berq də, öz növbəsində, alman fiziklərinin atası hesab edilən həmkarına «Almaniya həmişə yasayacaq, insanlar və hökmdarlar gəldi-gedərdir» - deyərək təsəlli verdi.
Heyzenberqlə bağlı Berqin ABŞ-a göndərdiyi məlumatlar dərhal prezident Ruzveltə çatdırıldı. Ruzvelt Berqin Heyzenberqi öldürməməsindən vəcdə gəldi. O, general Brovza: «Əla, əla, çox əla. Berq düzgün qənaətə gəlib. Agentə mənim şəxsi təşəkkürlərimi yetirin» - dedi.
Heyzenberqin sonrakı taleyi digər alman fiziklərinin taleyi kimi oldu. Almaniyanın məğlub olmasından sonra «Uran Klubu»nun qalan üzvləri də, ələ keçirilərək Ingiltərəyə aparıldılar. Londondan bir neçə saatlıq məsafədə yerləşən Farın-Xoll malikanəsində saxlanılan alman fizikləri hələ başlarına nə gələcəklərini bilmirdilər. «Alsos» əməliyyatını uğurla başa çatdıran ABŞ və İngiltərə kəşfiyyatçıları isə, qələbələrini bayram edirdilər. 1945-ci il avqust ayının 6-da, axşam saat 6-da «Bi-Bi-Si» Xirosimaya atom bombası atılması barədə məlumat yaydı, Farm-Xollun komendantı mayor Ritter Xirosimanın külə döndərilməsi barədə əsir fiziklərə məlumat verdi. Amma nə Heyzenberq, nə də digər alman fizikləri, nə üçünsə, bu xəbərə inanmaq istəmirdilər. Amma digər kütləvi informasiya vasitələrində gedən məlumatlarla tanış olduqdan sonra, bir vaxtlar atom bombası yaradılmasının bir addımlığında olan alman fiziklərinin ABŞ-ın atom bombası əldə etdiyinə inanmaqdan başqa çarələri qalmadı. Alman fiziklərinin qaldığı malikanəyə ingilis kəşfiyyatı onlarla «juk» - dinləmə cihazı yerləşdirmişdilər. Alman fiziklərinin pıçıltı ilə dedikləri sözlər belə dərhal «juk»lar vasitəsilə mərkəzdə dinlənilirdi. Və fiziklərin öz aralarındakı danışıqlar vergül-nöqtəsinə kimi stenoqrama alınırdı. İngilis kəşfiyyatı alman fiziklərinin öz aralarında nə danışdıqlarının stenoqramı üzərindən gizlilik möhürünü yalnız 1992-ci ildə götürdü. Stenoqramın mətbuatda dərc olunan mətni böyük sensasiyaya səbəb oldu. Çünki Farm-Xolldakı alman fiziklərinin öz aralarındakı danışıqlardan belə başa düşmək olar ki, həm Heyzenberq, həm Vaytzekker, həm də digər fiziklər mənəvi amilləri nəzərə alaraq, düşünülmüş şəkildə atom bombasının əldə edilməsini yubadıblar. Əslində, alman fizikləri, bununla, bəşəriyyəti atom bombası ilə məhv edilməkdən xilas ediblər. Şübhəsiz ki, atom bombası Hitlerin əlinə düşsəydi, onun qarşısında heç bir dövlət tab gətirə bilməyəcəkdi. Alman fizikləri hər halda Hitlerin və ətrafındakıların müharibədən əvvəl də, müharibə dövründə də törətdikləri cinayətlərdən xəbərdar idilər. Ona gö­rə də, Hitlerə bəşəriyyəti məhv etmək imkanı vermədilər. Halbuki, bu fiziklərin hər biri alovlu millətçi idilər və onlar Almaniyanı doğma anaları ki­mi sevirdilər. Heyzenberq və ətrafindakılar yaxşı başa düşürdülər ki, atom bombası əldə etmədən müharibəni qələbə ilə başa vurmaq olmayacaq. Məğlubiyyət isə Almaniyanın fəlakəti demək idi. Amma onlar bəşəriyyəti xilas etmək naminə doğ­ma Almaniyanın məğlubiyyətinə, onun fəlakətinə yol açan addımı atdılar.
Alman fiziklərinin bu hərəkətinə məşhur pro­fessor Mark Uolker belə münasibət bildirib: «Xirosimaya atom bombası atılana kimi bombanın törədəcəyi dəhşətlər Qərbdəki fiziklərdən heç kimi narahat etmirdi. Amma Heyzenberq və onun komandası atom bombasının gətirəcəyi dəhşətləri düzgün anlamışdılar. Ona görə də, onlar Hitlerin bu bombanı əldə etməsinə imkan vermədilər. Am­ma mənim əlimdə onların bu işi şüurlu şəkildə həyata keçirdiklərini sübuta yetirən fakt yoxdur».
1956-cı ildə Robert Yunqun «Min günəşdən parlaq» adlı kitabı çapdan çıxdı. Kıtabda alman fizikləri iddia edirdilər ki, onlar könüllü şəkildə Hitlerin atom bombası yaratmasına imkan verməyiblər. Kitabda Heyzenberqlə Yunqun söhbəti də verilib. Heyzenberq bildirir ki, о istəsəydi, atom bombası yaradılması üzərində işi 1942-ci ilin əvvəllərində başa çatdırardı. Lakin vicdanının səsinə qulaq asaraq, minlərlə adamın qurban getməsinə razı olmayıb. O, Borla müharibədən əvvəlki görüşlərinə toxunaraq deyib ki, biz müharibənin sonuna kimi atom bombasının yaradılmaması barədə fikir mübadiləsi etdik. Ancaq təəssüflər olsun ki, Qərbdəki həmkarlarımız bizim kimi hərəkət etmədilər. Heyzenberqin bu açıqlaması Borun əsəbiləşməsinə gətirib çıxarmışdı. O, dərhal Heyzenberqə məktub yazrmşdı. Məktubda Bor Heyzenberqin dediklərini təkzib edirdi. Əslində Boru başa düşmək çətin deyil. Çünki söhbət milyonlarla günahsız adamın məhv edilməsindən gedirdi. Bor isə bəşəriyyətə üzüqaralıq gətirən alim kimi tarixdə qalmaq istəmirdi. Əslində faktlar sübut edir ki, həqiqətən do Borla Heyzenberq arasında atom bombasının müharibə basa çatana kimi yaradılmaması barədə centlmen sazişi olub. Bu, tədqiqatçılarda şübhə doğurmur. Amma anası yəhudi olan Bor, yəhudilərin Hitler tərəfindən qətlinə görə, ABŞ-a atom bombası yaratmağa yardım etdi.
Məsələyə münasibət bildirən tədqiqatçı Pol Rolzu yazır: «Tanış olduğum sənədlər göstərir ki, Bor Heyzenberqin atom bombası yaradılması üzərində işlədiyini eşidəndə şoka düşüb. Bor Hitlerə nifrət edirdi. Aydın məsələdir ki, o, şagirdi Heyzenberqə: «Hitler üçün bomba hazırlama», - əmri verə bilməzdi. Ona görə də, Bor, atom bombasının bəşəriyyətə gətirəcəyi fəlakəti Heyzenberqə çatdırmaqla ona mənəvi təsir göstərib. Və Heyzenberqlə Bor atom bombasının müharibənin sonuna kimi təxirə salınması barədə öz aralarında müəyyən razılığa gəliblər. Amma Вor bunu etiraf etməkdən çəkinir. Çünki o, sözünün üstündə durmadı və bununla da Heyzenberqi aldatmış oldu».
Hidrogen bombasının yaradıcılarından biri, milliyyətcə yəhudi olan və İkinci Dünya müharibəsi qurtardıqdan sonra ABŞ-a aparılan Edvard Teller həm Boru, həm də Heyzenberqi yaxından tanıyırdı. Bor və Heyzenberq arasında müharibədən son­ra gedən mübahisələrə münasibət bildirən Teller öz xatirələrində yazır: «Heyzenberq istedadlı fizik olduğu qədər də əsl humanist, centlmen bir insan idi. Əgər Heyzenberq istəsəydi, Hitler müharibə basa çatana kimi atom bombası əldə edərdi. Ancaq о, həqiqəti sevən və insanlara münasibətdə çox həssas bir adam idi. Ona görə də Heyzenberqin vicdanı Hitler üçün atom bombası yaratmağa im­kan vermədi. O, alman millətini canından artıq sevsə də, ölkəsinin məğlubiyyətinə razı oldu. Halbuki, atom bombası yaradılsaydı, müharibəni almanlar udacaqdılar. Heyzenberq isə milyonlarla insanın Hitlerin qurbanına çevrilməsini istəmədi, vicdanı buna yol vermədi. Ona görə də, Borun Heyzenberq barədə dediklərinə inanmıram. Əgər Bor da vicdanının səsinə qulaq assaydı, atom bombasının yaradılması hələ bir neçə 10 il də uzanacaqdı».
Bununla belə, Heyzenberqin atom bombası yaratmamasına digər səbəblər də göstərirlər. Guya Heyzenberq Uranın kütləsini səhvən 235 hesab edib. Halbuki, Uranın kütləsi və ona bölünməsi 235 deyil, 238 olub. Lakin inanmaq çətindir ki, Heyzenberq belə bir adi səhvə yol versin. Çünki çəki və kütlə müxtəlifliyi atom bombası yaradılmasına imkan verməsəydi, onda digər variantlar sınaqdan çıxarılacaqdı. Bu faktlar isə asanlıqla atom bombasının yaradılması üçün vacib olan nöqtəni tapmağa imkan verəcəkdi.
Biz, tədqiqatçıların fikirlərinin düzgün olub-olmaması barədə rəy yürütməkdən uzağıq. Çünki bunun üçün əlimizdə fakt yoxdur. Amma bir faktı nəzərə çatdırmaq istəyirik. Yuxarıda adı çəkilən Teller yəhudi idi və Hitler onun bütün qohum-əqrəbasını qaz kamerasına göndərmişdi. Teller Hitlerə nifrət edirdi, Heyzenberq isə Hitlerin xidmətində idi. Əgər Heyzenberqin atom bombası yaradılması məsələsində vicdanı təmiz olmasaydı, Teller ona bu qədər rəğbət bəsləməzdi. O, Heyzenberqin atom bombası yaratmamaqla, bəşəriyyəti Hitlerin qaniçənliyindən xilas etdiyini yaxşı bilirdi. Ona görə də, müharibədən sonra, Teller, ağır vəziyyətdə yaşayan Heyzenberqin ailəsini himayəyə götürmüşdü və onlara ərzaq və pulla yardım edirdi. Bütün bunlar da Heyzenberqin vicdanının təmiz olduğunu göstərir.


Tarix: 30.11.2014 / 19:07 Müəllif: Aziza Baxılıb: 340 Bölmə: Müxtəlif