beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk sivilizasiyaların meydana gəlməsi və formalaşması

1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması
2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri
3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri
4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti

İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma quruluşu, yəni, qohumluq əlaqələrinin yaranması, monoqam (təknigahlıq) ailə yaranmasına başlanmışdı. İbtiadi insan şüurunun inkişafı bilavasitə onun əmək fəaliyyəti ilə bağlı olmuş, onun gündəlik əmək praktikasına çevrilərək onu əhatə edən təbiəti düzgün dərk etmək imkanı yaratmışdı.
Mustyer dövrünə aid olan qədim qəbirlərdə aşkar olunmuş faktiki materiallar sübut edir i, bu dövrdə ibtidai insanlarda dini inamların rüşeymlərinin yaranması başlanmışdı. Arxeoloji materiallar əsasında güman etmək olar ki, bu dövrdə ilk “ruh” və “axirət dünyası” inamları yaranmış, sonralar bütün dünyavi dinlərin əsasını təşkil etmişdi. Qeyd etməliyik ki, mustyer dövründən əvvəl insanları dəfn etmək izləri aşkar olunmamışdı. İlk dəfn izləri 500-600 min il insanın yaranmasından sonra adət formasını almışdı. Mustyer dövrü qanunauyğun keçid mərhələsi olmuş, yeni mərhələyə əsaslar yaratmışdı, yəni ibtidai madərşahlıq icma quruluşuna.
Müasir insan tipinin yaranması müddətində, müasir irglərin formalaşmasına başlanmışdı. İnsanların üç böyük irqi ayrılıqları mövcuddur: zəngi, avropalı və monqoloidli.
Yuxarı paleolit dövründə insanların həyat tərzi mürəkkəbləşdirmə nəticəsində ibtidai icma quruluşu inkişaf edir. Bu dövrdə bütün həyatın sahələrinə öz təsirini göstərmiş dəyişikliklər mədəniyyətdə öz əksini tapmışdı. Qədim insanların mədəniyyəti də özünəməxsusluğu ilə seçilməyə başlayır.
Paleolitiik incəsənəti - ilk bu dövrə aid incəsənət nümunələri XIX əsrin 40-cı illərində Fransada (maqaralarda) aşkar olunmuşdu, 1875-ci ildə İspaniyada maqaralarda təsvirlərə rast gəlmişlər. İbtidai təsviri incəsənət min illər boyu hazırlıq yolu keçmiş, həyat tərzinin və əməyin inkişafının nəticəsi olmuşdu. İlk incəsənət rüşeymləri mustyer dövrünə aid olmuşdu, sonralar cəmiyyətin yeni mərhələyə keçidi insan yaradıcılıq sənətində daha yüksək mərhələyə qalxmaq imkanı əldə etmişdi. İbtidai təsviri incəsənətə onun tarixində, əsas istiqamət real məlumatı təsvir etməkdir. Paleolit dövrünün təsiri sənət nümunələri ibtidai mərhələdə qalmaqda idi.
İlk dini inamların yaranması. Yuxarı poleolit dövründə (50-40 min il əvvəl) ibtidai dini inamların yaranmasına başlanmışdı.
İlk dini inamlarının yaranmasına əsas səbəb insanların təbiyətin çətinlikləri ilə rast gəlmələri ilə, onlarla mübarizəsi nəticəsində yaranmışdı.
Neolit Avropanın cənub və qərbində. Avropada daş əmək alətlərinin cilalandırmaq texnikasının əmələ gəlməsi, dulusçuluğun yaranma tarixi eramızdan əvvəl VI minilliyə aiddir. Krit adasında aparılan arxeoloji qazıntılar zamanı çox sayda daş alətləri aşkar olunmuşdu və burada yerləşən qədim dövr insanların məşğuliyyətindən xəbər verir. Mezolit dövrünün sonralarında ilk maldarlıq və əkinçiliyə keçid, mümbid ərazilərdə Mesopotamiya, Nil vadisində, İran və cənubi Orta Asiyada yaşayan tayfalar olmuşlar. Qeyd olunan ərazilərdə VI-V minilliklərdə yeni təsərrüfat və mədəniyyət yaranmışdı. Bu ərazilərdə sonralar qədim dünya sivilizasiyaları yaranmış və IV-III minilliklərdə daş dövrü sona çatmışdı.

Nil vadisində ilk əkinçilər. VI-V minilliklərdə Nil vadisində qədim insanlar məskunlaşmağa başlamışlar və onlar əkinçilik ilə məşğul olmuşlar və əldə olunan nəticələr əsasında sonralar Qədim Misir sivilizasiyası yaranmışdı. İlk əkinçilik ilə məşğul olan adamlar badariylər mədəniyyətinə aid olan tayfalar olmuşlar. Badayrilər bir sıra sənətkarlıqda yüksək nəticələr əldə etmişlər: çaxmaq daşından istifadə etmək, ağac və sümüyün məişətdə istifadəsi, geyim hazırlamaq, bəzək və ev əşyalarını tələbatını ödəmək, toxuculuq və s. peşələrə nail olmuşlar. Dulusçuluğün böyük inkişafı badariylər tərəfindən əldə olunmuşdu. Badariylər gündəlik əşyalarını ornamentlər ilə bəzəyirdilər. Əvvəllər olduğu kimi heyvanat ayinləri geniş yayılmışdı, lakin yeni formada və yeni məzmun ilə. Vəhşi heyvanlar ayinlərinin totem xarakterli olması ilə yanaşı, ev heyvanlarına ehtiram yaranmağa başlanmışdı, ilk növbədə inək, qoyun və keçi. Badariylər mərhumu məzarda qıc edilmiş vəziyyətdə dəfn edirdilər. Mərhum sol böyrü üstə və başı şərqə tərəf dəfn olunurdu. Mərhumla birlikdə “axirət dünyasında” ona gərək olan əşyaları və ərzaq qoyulurdu.
Bədariylərlə bərabər qonşuluqda yerləşən Nil çayının üst axınığında V-VI min-də bir neçə tayfalar məskunlaşmışlar. Onların mədəniyyəti bədariylərlə uyğunluq təşkil edirdi. Beləlikə, neolit dövründə, metall mədəniyyəti ilə tanış olmayan insanlar, Nil vadisində və onunla qonşuluqda olan sahələrdə ilk əkinçilik və maldarlıq mədəniyyəti yaranmışdı. Yeni mədəniyyətin yaranması, onun ən yüksək inkişafı Bədariylər tərəfindən əldə olunmuşdu. Onların həyat tərzi və mədəniyyəti sonralar Qədim Misir yüksəlişinə və ən nəhəng sivilizasiya mərkəzinə çevrilməsinin əsasını qoymuşdu.
Maddi mədəniyyətin zənginləşməsi və onun genişlənməsi, mübadilənin artmasına və möhkəmlənməsinə səbəb olmuşdu.
İctimai əlaqələrdə təcrid olunmuş tayfa qəbilə çərçivəsindən çıxaraq, ilk ərazi tayfa birliyinə imkan yaratmışdı.

Yeni mədəniyyət rüşeymləri ayrı ərazilərdə - İran və Orta Asiyada müşahidə olunur. VI-V əsrlərdə Xəzəryanı tayfalarda əsaslı dəyişikliklər baş verir. Neoletik dövr başlanır. Burada məskunlaşmış insanlar ovçuluqla bərabər ilkin maldarlıqla və əkinçiliklə məşğul olmağa başlamışlar. Yeni əkinçilik həyatının qədim izləri Dəclə çayının yuxarı axınında aşkar olunmuşdu, yaxın qonşuluqda olan ərazilərdə Misir ilə birlikdə yaranmış ikinci sivilizasiya, ilk dəfə olaraq şəhərlər salınmış və dövlətlər yaradılmışdı. Əkinçilik mədəniyyəti yeni yaşayış xarakterinin yaradılmasına səbəb olmuşdu. Bu dövrdə müvəqqəti yaşayış məskənlərini kəndlər əvəz etmişdi və orada bir qəbilə icması yaşayırdı. Həyatda baş vermiş dəyişikliklər öz qanunauyğun əksini dini baxışlarda tapmışdı. Dini baxışların mərkəzində torpaq məhsuldarlıq ayini dururdu.

Min illər boyu qədim ibtidai icma quruluşu ilk insan cəmiyyətinin forması olmuşdu. Bu dövrdə insan tərəqqiyə doğru irəlləmiş, böyük nailiyyətlər, maddi və mənəvi mədəniyyətində əldə etmiş, bütün yer kürəsinin əksər hissələrində məskunlaşmışdı. Madərşahlıq dövründə ibtidai-icma quruluşunun inkişafı nəticəsində ictimai əlaqələrin artması, ilk növbədə qəbilə və tayfa üzvlərinin birliyində özünü göstərirdi. Bütün insanlar bu dövrdə eyni hüquqa malik idilər, cəmiyyətdə sinfi təbəqələşmə yaranmamışdı. Bizim eradan əvvəl IV minillikdə məhsuldar qüvvələrin artımı nəticəsində böyük təsirə malik dəyişikliklər baş vermişdi. İnsanların maddi mədəniyyətində əsas yenilik metaldan istifadə edilməsi başlanmışdı. Bununla bərabər, ictimai quruluşda köklü yeniliklər başlanmışdı. Bu dövrdə ilk sinflik cəmiyyət yaradılmışdı və bunlar Nil çayının vadisində onunla birlikdə iki çay Fərat və Dəclə sahilləri. Təxminən eyni vaxtda ayrı-ayrı yerlərdə: Asiya, Şimali-Şərqi Afrikada və Avropada insanlara metal (qızıl, miss, gümüş, qurğuşun, qalay) məlum olmuşdu. İnsanların həyat təsərrüfatında misin əsas metal kimi istifadəsinə başlmanmışdı, sonralar misin qalay ilə birləşdirilməsi nəticəsində muçdan istifadə olunmuşdu. Metal dövrünün başlanması b.e.ə.IV minillikləri sayılır. IV-III min-ri eneolit adlandırılır, yəni misdaş əsrləri. Bu dövrdə sənətkarlıq inkişaf etmişdi – toxuculuq, metaləritmə, dulusçuluq. İcma üzvlərinin sıralarından sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlar yaranmağa başlanır və bunun nəticəsi olaraq sənətkarlıq əkinçilikdən ayrılmış, ayrıca sənət növünə çevrilmişdi. Yaranmış yeniliklər mübadilənin genişlənməsinə əsaslar yaratmışdı. Tayfa üzvlərinin ictimai fəallığı qeyd olunan dövrdə bədii yaradıcılıqda öz əksini tapmışdı. Qədim Şərqin etnik abidələri məhz bu dövrə aiddir. Bədii yaradıcılıqda dulusçuluq əsas yer tuturdu.

Quldarlıq cəmiyyətinin yaranması
B.e.ə.IV-III min. Misirdə və ikiçayarası (Mesopotamiyada) dünyada ilk dəfə olaraq quldarlıq dövlətləri yaradılmışdı. Qədim Misirdə köləliyin və sosial təbəqələşmənin yaranması və ilk dövlətlər - Homlar meydana gəldi. E.ə.IV minilliyin sonunda Misirdə Aşağı və Yuxarı padşahlıqları yarandı. Erkənpadşahlıq dövründə Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətə firon Narmer birləşdirdi. Misirdə mərkəzləşdirilmiş dövlət yaradılmışdı. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi inkişaf etmişdi, əmək alətləri təkmilləşdirilmişdi.
Qədim padşahlıq dövründə Misirdə məktəblər yaradılmış, əsas fənlər oxu, yazı və hesab idi. Ümumi fənlərlə yanaşı, dini təhsil, astronomiya və təbabət öyrədilirdi.
Riyaziyyat və astronomiya o dövrün tələbatına uyğun olaraq empirik inkişafı edir və tətbiqi xarakter daşıyırdı. Misirdə təqvim vaxtı bilmək üçün Günəş və su saatları işlədilirdi. Yaşayış məntəqələri arasında məsafə nəzərə alınmaqla, xəritələr və şəhərlərin planı tərtib edilirdi. Onluq say sistemi və kəsr anlayışı, ədədi və həndəsi silsilələr ilk dəfə misirlilərə məlum idi. Orta şahlıq dövründə elementar cəbri, anlayışlar meydana gəldi, iki məchullu tənliklər həll edildi. Misirlilər düzbucağın, üçbucağın, dairənin sahəsini, piramidanın səthini və həcmini hesablaya bilirdilər. Meyitlərin balzamlanması anatomiya və cərrahiyyənin inkişafına zəmin yaratdı. Misirlilər ürəyin funksiyasını öyrənmiş, qan dövranı qanunu kəşf etmiş, kəllənin trepanasiyasını aparmışdılar.
Ticarət və hərbi ekspedisiyalar coğrafiyanın inkişafına səbəb olmuşdu. Misirlilərin müxtəlif sahələrə aid bilikləri antik elmin, həmçinin Avropa elminin iknkişafına mühüm təsir göstərmişdi.
Misir ədəbiyyatı dünyanın ən qədim ədəbiyyatlarındandır. Misir dilində ədəbi abidələr e.ə.III minillikdən mövcud olmuşdur. Son ədəbi abidələr isə eramızın I əsrinə aiddir. Misir yazısının ədəbi nümunələri dövrümüzədək gəlib çatmışdır. Misir ədəbiyyatı qədim dünya, o cümlədən yunan ədəbiyyatına, onun vasitəsi ilə Avropa xalqları ədəbiyyatına təsir göstərmişdir.
Nil çayı vadisindəki bədii mədəniyyət abidələri çox qədim dövrlərə aiddir. Qədim Misir incəsənətinin prinsipləri təşəkkül tapmış və bu prinsiplər min illərlə Misir incəsənətinin inkişafının əsasını təşkil etmişdi. Qədim padşahlıq dövründə yeni memarlıq tipləri tətbiq olunmuşdu. Bu dövrün memarları tədricən ehram formalarını təkmilləşdirmiş, onlara həndəsi səlislik vermişlər. Ehramların qarşısında möhtəşəm sfinks heykəlləri qoyulur, yaxınlığında xatirə məbədləri tikilirdi.
Qədim padşahlıq dövrünün incəsənətində dini sitayiş ayinləri ilə bağlı olan divar boyakarlığı, dairəvi heykəllər və relyef təsvirləri mühüm yer tuturdu. Sərdabaların divarlarındakı rəsm və relyeflərdə misirlilərin həyat və məişəti öz əksini tapırdı. Portret heykəltaraşlığı daha geniş inkişaf etmişdi. Misir incənəsəti Yeni padşahlıq dövründə yüksəliş mərhələsinə çatır.
Misir musiqisi dünyanın ən qədim musiqi mədəniyyətlərindədir. İlk musiqi mədəniyyəti abidələri e.ə.V minilliyə aiddir. Memarlıq abidələrinin üzərində barelyeflərdə müğənni və musiqiçilərin təsvir olunması musiqinin məişətdə geniş yayıldığına subütdur. Tədricən musiqi dini, saray və xalq müsiqisinə ayrılmışdı.

E.ə.IV-I minilliklərdə Fərat və Dəclə çayları arasında (Mesopotamiya) yaşamış xalqların – şumer və akkadların, babillər və assuriyalıların mədəniyyəti Şərqdə yaranmış ilk sivilizasiyaladan biri olmuşdu. Burada dulusculuq, toxuculuq, dəmirçilik və ağac emalı inkişaf etmişdi. Mesopotamiyada qədim yazı sistemini şumerlər yaratmışlar. Sonra bu sistemi akadlılar onlardan götürmüşdülər. E.ə.IV minilliyin ortalarından başlayaraq niktoqrafik yazının (rəsmi yazı) yayıldığı məlumdur. E.ə.III minilliyin ortalarına doğru yazı artıq müəyyən fikri ifadə etmək üçün kifayət qədər yararlı idi. Yazı üçün gil lövhəciklərdən istifadə olunurdu. Mesopotamiyalıların mixi yazı üsulu ən qədim yazı növü olmuşdu.
ancient MesopothamiaE.ə.III minilliyin birinci yarısında Akkad və Şumer dilində şifahi ədəbiyyat inkişaf etmişdi. Babilistan, Şumer və Akkad ədəbiyyatının əsas janrı olan enik poeziyaınn bir neçə növü olmuşdu. Dini-fəlsəfi və lirik poeziya da inkişaf etmişdi. Şifahi xalq ədəbiyyatı nümunələri e.ə.19-18 əsrlərdən yazıya alınmışdır. Qədim Assuriyanın incəsənəti, e.ə.III minillikdən e.ə.7 əsrədək mövcud olmuşdur. Assuriyada heykəltəraşlıq, saray inşaatı və şəhərsalma inkişaf etmişdi.
Babilistan incəsənəti e.ə.IV minilliyin əvvələrində yaranmışdır. Şumer incəsənətində memarlıq mühüm rol oynamışdır. Məbədlər mozaika və relyefli frizlər, habelə misə tutulmuş heykəllərlə bəzədilirdi.
Akkad incəsənəti dağ sakinlərinə qarşı yürüş səhnəsini əks etdirən mürəkkəb kompozisiya (padşah Naramsinin stelası) və Neynəvadan tapılmış I Sarqonun heykəli (miss) ilə təmsil olunur. Hammurapi qanunlarının mətni yazılmış relyefli daş lövhə Babilistan incəsənətinin görkəmli abidəsidir və birinci yüksəliş, ən çox riyaziyyat, şumerlərin yaratdığı altmışlıq say sistemi əsasında müxtəlif hesablama cədvəllləri tərtib olunmuşdu, ədətlərin bölünməsi, vurulması, ədədlərin kvadratları, kubları və onların kökləri və s. istifadə edilirdi. E.ə.I minillikdə müşahidə astronomiyası və ibtidai hesablama astronomiyası (Ay və Günəş tütülmasının əvvəlcədən hesablanması) xeyli inkişaf etmişdi. Babilistanda riyaziyyat və astronomiyanın inkişafı bu elmlərin Yunanıstanda və onun vasitəsilə Qərb ölkələrində yayılmasına böyük təsir göstərirdi. Şumer yazısının və e.ə.II minilliyin ortalarına doğru artıq ölü dilə çevrilən, lakin din və elm dili kimi işlədilən Şumer dilinin öyrənilməsi ehtiyacı işarələr siyahısının tərtibinə səbəb oldu. Sonralar bu siyahılar Şumer-Akkad lüğətlərinə çevrildi. Tarix elminin yaranması padşahları və ən məşhur hadisələrin - siyahılarının tərtibi, habelə padşahların fəaliyyəti təsvir olunan yazıların bina özüllərinə qoyulması ilə başlayır. Babil şəhəri olmaqla dünyanın coğrafi xəritəsini çəkməyə də təşəbbüs edilmişdi. Kimya, əczaçılıq, botanika, mineralogiya və b.elmlərə dair termin, resept siyahıları bu elmlər sahəsində də bilik və məlumatın olduğunu göstərilir. Təbiət elmləri və təbabət din və dini ayinlərlə sıx bağlı idi.
Şumer, akkadlar və babililərin yaratdıqları zəngin mədəniyyət sonraı tarixi dövrlərdə sivilizasiyaların inkişafının əsasını təşkil etmişdi.
Hammurapi qanunları. Babilistanda şah Hammurapi dövründə (e.ə.təqribən 1760-cı ildə) yaranmış qanunlar külliyatı. Qədim Şərq quldarlıq hüququnun mühüm abidəsi. Mətni bazalt sütün üzərində mixi yazısı ilə həkk edilmiş Hammurapi qanunları 1901-1902-ci illərdə fransız arxeoloji ekspedisiyası tərəfindən Sur şəhərində (İran) tanılmışdır. Qanunların mətni giriş, 282 maddə və sonluqdan ibarətdir. Bunlar sinfi və sosial fərqlərin yüksək dərəcədə inkişafını əks etdirirdi. Hammurapi qanunlarının maddələri mövzular üzrə qruplaşdırılmışdır proses, mülkiyyət, şah xidməti, nikah və ailə, öhdəliklər və s. maddələrdən ibarətdi. Hər bir mövzu həm cinayət hüququ, həm də mülk, hüquq baxımından şərh edilirdi. Hammurapi qanunlarında quldarların qullar üzərində hakimiyyətinin, ümumiyyətlə xüsusi mülkiyyətin möhkəmləndirilməsinə və təbiətin qorunması məsələsinə xüsusi diqqət yetirilmişdi.
Hammurapi qanunları hüquq elminin sonrakı dövrlərdə əsasını təşəkkül etmiş, Yunanıstan və Romada daha zənginşdirərək hüquq elmin sistemləşmiş və dövlət idarəçiliyinə hüquqi əsaslar yaratmışdı.
Cəmiyyətin təbəqələşməsi və ilk sinflərin yaranması nəticəsində tarixdə yeni səhifə açılmışdı. İlk dəfə olaraq IV-III minilliklərdə yaranmış Misirdə və iki çay vadisində quldarlıq dövlətləri, öz dövrü üçün proqressiv hadisə idi, əmək qüvvələrinin artmasına, yeni daha yüksək mədəniyyətin yaranmasına səbəb olmuşdu. Dini baxışların ilk yaranması dövründə insanların təbiətin qüvvələrinə aciz olması əsasında yaranmış, sinfi cəmiyyətin yaranmasından sonra ideoloji vasitəyə çevrilir.
Quldarların maraqlarının müdafiəsi üçün Misirdə və Mesopotamiyada mərkəzləşmiş dövlətin yaranmasına əsas amil olmuş və quldarlıq istibdad idarə üsulu tətbiq edilmişdi.
Yeni ictimai-iqtisadi quruluşunun yaranması və inkişafı bir çox sahələrdə irəliləyişə səbəb olmuşdu. İlk növbədə yeni , ictmai münasibətlər mədəniyyətinin inkişafına əsaslar yaratmışdı. İlk quldarlıq dövlətlərinin yaratdığı sivilizasiyalar, sonrakı dövrlərdə ümumdünya mədəniyyətinə, onun inkişafına böyük töfhəsi olmuşdu. Qədim ə Şərq dövlətlərində tarixdə ilk dəfə olaraq fikri çatdırmaq üçün istifadə olunan şəkillər vasitəsilə ifadə edilən Ən qədim yazı üsulu (piktoqrafiya) yeni yazı üsulu yaradılır(mixi yazılar).
İnsanların ictimai inkişafında, sinfi cəmiyyətin yaranması, ilk dəfə olaraq Misir və Mesopotamiyada tarixdə quldarlıq dövlətlərinin və yeni ictimai münasibətlərin həyatda təsdiqi mühüm tarixi dönüş sayılır.

Qədim Elam. Mesopotamiya quldarlıq cəmiyyətinin tarixi ilə Elam taraixi sıx bağlıdır. Elanm dövləti Şumerin şərqində yerləşmişdi. Elamın ictimai-iqtisadi həyatı üçün kənd icmasının qalıqları və əsasən ailə icmasının mövcudluğu səciyyəvidir. E.ə.II minillikdə ailə icmaları daxilində mülki bərabərsizlik gücləndi. Ailə icma torpaqları alınıb-satılır və bölünürdü. Elamda quldarlıq münasibətləri inkişaf tapmışdı. Elam bədii irsi e.ə.4-2-ci minilliyə aiddir. Elam incəsənətinin erkən dövrü üçün qıl heykəlçiklər, heyvan və ovçuların təsvirləri çəkilmiş qablar xarakterikdir. Elam incəsənətinin inkişaf dövrü üçünzəngin naxışlı rəngli qablar,üzərində məişət təsvirləri olunmuşdu. Elam mədəniyətinin ən böyük uğuru öz yazısının əldə edilməsidir. Təsviri sənətdə Mesopotamiyanın təsiri hiss olmuşdu.


Tarix: 08.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 254 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)