beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultanlıq soydan gəlir (kitab)

Kitabın mövzusu

Yazıçı-jurnalist Ənvər Çingizoğlunun “Sultanlıq soydan gəlir” adlı yeni kitabı işıq üzü görüb. Kitab tariximizdə, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinin tarixində özünəməxsus yeri olan Sultan bəy və Sultanovların həyatından bəhs edir. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Fəxrəddin Şahsuvarov, məsləhətçisi Əməkdar mühəndis (Sultan bəyin nəvəsi) Elburus Muradovdur.

Kitabda Sultanovlar səcərəsindən söz açılır, Zəngəzur qəzasının tarixindən, İran, Türkiyədən bu yerlərə ermənilərin kütləvi şəkildə köçürülməsindən, Sultan bəy və Sultanovların erməni tör-töküntülərinə qarşı apardığı mübarizədən bəhs edilir.

Nəşrdə “Təzkirət əl-mülük” (1725), Mirzə Adıgözəl bəy tərəfindən (1845) qələmə alınan “Qarabağnamə”, “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” və digər mənbələrdən istifadə olunub. Nəticə olaraq Sultan bəyin əsli və kökü olan Qaraçorlu elinin tam mənzərəsi yaradılıb.


Tarix: 14.03.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Kitablar elm