beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MS 408

"MS 408" adlı kitab Türkiyənin Yale Universitetində saxlanılır. Bu kitab indiyə qədər yer üzündə heç kimin onu başa düşə və oxuya bilmədiyi bir şəkildə yazılıb. Kitabxanaçılar tərəfindən "MS 408" adı verilən kitab, nadir tarixi əsərlərin yerləşdiyi kitabxanada saxlanılır.Daima kitabla ünsiyyəti olan şəxslər həqiqətən bu kitabın oxunmasının mümkün olmadığını söyləyirlər. Bu kitabın 500 il müddətində oxuna bilməməsi hamını təəccübləndirib. Dünyanın din alimləri, tarixçiləri və məşhur münəccimləri indiyə qədər bu kitabı oxuya bilməyiblər. Kitabın özəl və digər kitablardan fərqləndirən xüsusiyyətlərindən biri budur ki, müəllifi bu günə qədər məlum olmayıb.Kitabın kim tərəfindən, hansı məqsəd üçün və hansı dildə yazıldığı indiyə qədər aşkar olunmayıb. "MS 408" kitabı ilk dəfə XV və XVI əsrlədə ortalığa çıxıb. Kitabla bağlı din alimərinin, tarixçilərin və münəccimlərin kifayət qədər səy etmələrinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyiblər. Bu günə qədər kitabın bir səhifəsini oxuyaraq, mənalı söz deyə biləcək bir şəxs olmayıb. Uzun illər Avropanın müəyyən saraylarında, görkəmli evlərində və sirrli məbədlərində gəzişən bu kitab, sonda Polşa əsilli kitabxanaçı M.Voyniç tərəfindən 1912-ci ildə Yale Universitetinə bağışlanıb. 240 səhifədən ibarət olan bu kitab, hazırda dünyanın nadir əsərlərinin saxlanıldığı Yale Universitetinin Nadir Tarixi Sənədlər kitabxanasında saxlanılır.


Tarix: 14.03.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Kitablar elm