beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya Milli Kitabxanası

Almaniya Milli Kitabxanası — Almaniyada kitabxana

Almaniya Milli Kitabxanası bu ölkənin əsas arxiv və biblioqrafiya mərkəzi sayılır. Kitabxananın əsas vəzifəsi dünya ölkələrində çap olunan sənədlərin alman dilində çap edilərək qorunub saxlanılmasıdır. 1914-cü ildən fəaliyyət göstərir. Kitabxananın binaları Almaniyanın 3 şəhərində - Leypsiq, Frankfurt-Mayn və Berlində yerləşir. Bu kitabxanalar əvvəlcə ayrılıqda fəaliyyət göstəriblər. 1976-cı ildə hər üç kitabxana birləşib və Almaniya milli kitabxanası adlandırılıb.

Leypsiq kitabxanasında bədii və elmi əsərlər, Frankfurt-Maynda tarixi sənədlər, Berlində isə daha çox musiqi diskləri, qədim vallar saxlanılır. Hazırda Almaniya Milli Kitabxanasında hüquq, fəlsəfə və tibb elminə aid 23 milyon cilddə yaxın müxtəlif sənədlər, kitablar, əlyazmalar və digər biblioqrafiya məhsulları saxlanılır.


Tarix: 13.03.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Kitablar elm