beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)

Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir.

Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur.

Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir.Mündəricat
1 Kitabın təqdimatı haqqında
2 Kitabdan fotoşəkillər
3 Həmçinin bax
4 Xarici keçidlər
5 Mənbə


Kitabın təqdimatı haqqında

Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 1918-ci ilin martından sentyabrınadək erməni daşnaklarının Bakıda və Azərbaycanın müxtəlif rayonlarında soyqırım həyata keçirdiklərini, bu hadisələrlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası yaratdığını, il yarım ərzində sözügedən komissiyanın külli miqdarda sənəd topladığını deyib: "Bu kitabda həmin sənədlərin yalnız bir qismi – Bakıda törədilən qırğınlar öz əksini tapıb. Təkcə Bakıda ermənilər 12 mindən çox dinc sakini qətlə yetirmiş, Bakı tamam talan olunmuşdur". İnstitut direktorunun sözlərinə görə, rus dilində çap olunan kitabın ingilis və digər dillərə də tərcümə edilərək dünya ölkələrinə çatdırılması lazımdır.

Kitabın müəllifi S. Rüstəmova -Tohidi isə bildirib ki, kitabda Bakının 1918-ci il xəritəsi və soyqırımın törədildiyi ərazilər, məhəllələr dəqiq göstərilib. Hazırda Xarici İşlər və Milli Təhlükəsizlik Nazirlikləri vasitəsilə kitabın dünya ölkələrinə çatdırılması istiqamətində işlər aparılır[1].

Tədbirdə çıxış edən kitabın müəllifi t.e.d. Solmaz Rüstəmova-Tohidi kitabdakı hadisələrin 2007-ci ilin martından 2008-ci ilin mart ayına kimi "Zerkalo qəzetində çap olunduğunu söylədi. O qeyd etdi ki, kitabda verilmiş xəritədə həmin dövr üçün Bakının mənzərəsini dəqiqliklə görmək mümkündür.

Tədbirdə həmçinin AR Milli Arxiv İdarəsinin rəisi, t.e.d. Ataxan Paşayev, Türkiyənin Bakıdakı səfirinin birinci müavini Erkan Özoral, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, AMEA-nın müxbir üzvləri Rafael Hüseynov və Nizami Cəfərov, ABŞ-ın Prinston Universitetinin əməkdaşı t.e.d. Maykl Reynalds, Prezident yanında İdarəçilik Akademiyasının əməkdaşı Firdovsiyyə Əhmədova və t.e.d. Musa Qasımov məruzələrlə çıxış etdilər [2].

Kitabdan fotoşəkillər

Mart hadisələri zamanı dağıdılmış "Каспий" qazetinin redaksiyası (İstiqlaliyyət küçəsi)

Mart hadisələri zamanı ermənilər tərəfindən öldürülmüş azərbaycanlılar(mart, 1918 il.)

İranda nəşr edilmiş poçt-kart. Fotoda Azərbaycanda mart hadisələrindən sonra İran konsulunun və köməkçisinin Bakı həyətlərindən birində erməni vəhşiliklərinin şahidi olduqları göstərilir. Poçt-kartın üzərində fars və fransız dillərində yazı vardır: Bakı şəhərində müsəlmanların qətlə yetirilməsi və ölülərin yanında dayanmış İran konsulu


Tarix: 14.03.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Kitablar elm