beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni Terroru (kitab)

Erməni Terroru – Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlqədar Dövlət Komissiyası tərəfindən 2005-ci ildə " QİSMƏT " nəşriyyat evində çap edilmiş kitab.

Kitab erməni terrorunun gerçək üzünü dünya ictimaiyyətinə çatdırmaq üçün hazırlanmışdır. Altı dildə nəşr edilən kitab hər kəsi bu bəla – Erməni Terroru haqqlnda düşünməyə çağırır.Kitabın annotasiyasında göstərilir ki, bu kitab, yer kürəsinin bütün günahsız terror qurbanlarına həsr olunur.

Kitabın I – Hədəf adlı fəslində Armenakan (1885), Hnçak (1887), Daşnaksütyun (1890) kimi erməni terror təşkilatlarının XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyənin Şərqi Anadolu bölgəsində 3 milyondan çox günahsız türkün öldürülməsi ilə nəticələnən terror aktlarından, onların acı nəticələrindən bəhs edilmişdir. Törədilmiş vəhşiliklər real faktlar və fotoşəkillərlə sübut edilmişdir.

Kitabın İşğal və Terror adlanan II fəsilndə 16 sentyabr 1989-cu il Bakı – Tiflis sərnişin avtobusunun partladılması, 18 fevral 1990-cı il Şuşa – Bakı sərnişin avtobusunun partladılması, 20 avqust 1990-cı il Tiflis – Ağdam sərnişin avtobusunun A.Avanesyan və M.Tatevosyan tərəfindən partladılması, 24 mart 1990-cı ildə erməni terror qruplaşmasının Azərbaycanın Qazax rayonuna hücumu, 9 yanvar 1991-ci ildə jurnalist vəzifəsini yerinə yetirərkən avtomobilinin atəşə tutulması nəticəsində "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərova və üç rus hərbçisinin öldürülməsi (bu terror aktını A.Mkrtçyan, G.Petrosyan, A.Manqasaryan və G.Arustamyan törətmişdir.), 30 may 1991-ci ildə Rusiya federasiyasının Dağıstan Respublikasının Xasavyurt rayonu ərazisində Moskva – Bakı qatarının partladılması, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında Mi-8 vertolyotunun vurulması, 8 yanvar 1992-ci ildə Türkmənbaşı- Bakı reysiylə hərəkət edən gəminin partladılması, 19 mart 1994-cü ildə Bakı Metropoliteninin 20 yanvar metrostansiyasının partladılması, 1984-cü ildə Bakıda 106 saylı şəhərdaxili sərnişin avtobusunun partladılması faktlarına dair dəyərli materiallar təqdim edilir.

Kitabın III – Xocalı Soyqırımı adlandırılan fəslində ermənilərin 26 fevral 1992-ci ildə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər və tükürpədici faktlar təqdim edilir.

Kitabın İşgəncə adlanan IV fəslində ermənilərin əsir düşmüş Azərbaycan vətəndaşlarına qarşı törətdikləri qeyri-insani hərəkətlərə dair real faktlar şahidlərin və fotoşəkillərin dili ilə təqdim edilir.

Kitabın Onları Əsirlikdə Görüblər adlanan V fəslində Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlqədar Dövlət Komissiyası tərəfindən itkin kimi qeydə alınmış, lakin sonradan əsirlikdən dönən vətəndaşların verdikləri məlumat nəticəsində əsirlikdə olduqları dəqiqləşdirilmiş Azərbaycan vətəndaşlarına dair faktlar verilir.

Kitabın VI – Etnik Təmizləmə adlı fəslində Azərbaycanlıların dədə-baba torpaqları olan Qərbi Azərbaycandan deportasiya edilməsinə dair faktlar fotoşəkillərin dili ilə təqdim edilir.

Kitabın Qaçqınlar adlandırılmış VII fəslində öz torpaqlarından zorla qovulmuş Azərbaycan vətəndaşlarının qaçqın həyatından bəhs edilir.

Kitabın Qəddarlıq və Təhrif adlı VIII fəslində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarındakı Azərbaycan vətəndaşlarına məxsus mülkləri qarət etməsi və infrastrukturun məhv edilməsinə dair real faktlar göstərilir.

Kitabın Vandalizm adlı IX fəslində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarındakı maddi – mədəniyyət abidələrini və qəbirsanlıqları dağıtmalarına və özününküləşdirmələrinə dair fotoşəkillər verilib.

Kitabın Nemezis – Terror Hərəkatı adlı X fəslində 1919-cu ildə Daşnaksütyun terror təşkilatının İrəvanda təşkil etdiyi IX konqresində yaradılmış Nemezis Terror Hərəkatının qurbanlarından bəhs edilir. Hərəkatın tərtib etdiyi siyahıya Azərbaycan və Türkiyədən olan 650 dövlət xadimi və ziyalının adı salınmışdı ki, onlar da müxtəlif zaman və məkanlarda hərəkat rəhbəri Armen Garonun istiqamətləndirdiyi 3-5 nəfərlik kiçik terrorçu dəstələri tərəfindən qətl edilmişlər. Nemezisin qurbanları olmuş şəxslərin siyahısına Həsən bəy Ağayev (1920 Tiflis), Nəsib bəy Yusifbəyli (1920 Tiflis), Fətəli xan Xoyski (1920 Tiflis), Tələt Paşa (1921 Berlin), Behbud xan Cavanşir (1921 İstanbul Misak Torlakyan), Ənvər Paşa (1922), Camal Paşa (1922 Tiflis) və sair şəxslər daxildir.

Bu fəsildə həmçinin 7 avqust 1983-cü ildə ASALA terror təşkilatının üzvü Levon Əlməkçiyan tərəfindən İstanbulun Qapalı çarşı bazarında törədilmiş partlayış, 15 iyul 1983-cü ildə Parisin Orli Hava Limanında törədilmiş partlayış, 1984-cü il 20 iyulda Vyanada Türkiyə səfirinin öldürülməsi ilə nəticələnmiş avtomobil bombalaması, 8 yanvar 1977-ci ildə Rusiya Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında törədilmiş partlayış, 7 avqust 1982-ci ildə ASALA tərəfindən Ankaranın Esenboğa Hava Limanında törədilmiş partlayış hadisələri haqqında fakt və şəkillər toplanmışdır.

Kitabın Erməni Terroristləri adlandırılmış XI fəslində terror aktlarının təşkilatçısı və ya icraçısı olmuş erməni terroristlərinin fotoşəkilləri və törətdikləri cinayətlər haqqında informasiya verilib.


Tarix: 14.03.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 477 Bölmə: Kitablar elm