beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artuş və Zaur

Romanın adı və süjeti qeyri ənənəvi seksual orientasiyaya malik iki gəncin - Artuş (erməni əsilli) və Zaur (azərbaycan əsilli) arasında baş verən münasibətə yönəldilsə də kitabda əsasən Qarabağ müaqişəsi əsasında erməni və azərbaycanlı xalqları arasında yaranmış problemdən geniş söhbət açılır.

Romanın qəhrəmanlarından biri olan jurnalist Zaur Bakıda fəaliyyət göstərən Qeyri Dövlət Təşkilatı (QHT) olan "Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin (QSTM)" əməkdaşı işləyir. Hadisələr Almaniyanın "Henrih Böll" fondunun Tbilsidə "Cənubi Qafqazda münaqişələrin həlllinə" dair təşkil edtiyi növbəti konfransa gedən Zaurun səyahəti ilə başlayır. O, Tbilisidə belə görüşlərdə tanış olduğu gürcü dostu Şota ilə görüşür. Səhərisi gün konfransa gələn erməni və gürcüstan nüamyəndələrinin iştirakı ilə qızğın diskusiyalar gedir. Azərbaycan torpaqlarını işğal etmiş ermənilərə qarşı hücuma keçən Zaur münaqişənin səbəbkarı kimi onları günahlandırır və bu münaqişənin "Böyük Ermənistan" yaratmaq iddiası fonunda ümumiyyətlə mənasız olduğunu göstərməyə, müharibənin mənasızlığını, rəzilliyini və qorxuncluğunu ifadə etməyə çalışır. Bu diskusiaylar zamanı Zaurun diqqətini Ermənsitandan gəlmiş jurnalist Artuş cəlb edir. Onlar bir-birini tanıyırlar.

Romanın Almaniyada nəşr edilmiş versiyasının üz qabığı

Artuş vaxti ile Bakıda yaşamış, 1990-cı illərin əvvələrində yanvar hadisələrindən sonra Bakıdan ailəsi ilıə birlikdə Ermənistan köçmüş, orada ali təhsil almışdır. O, "Aykakan Jamanak" qəzetində çalışır. Bu görüşdə Ermənistanı təmsil etməyə gəlib.

Konfrans sona çatdıqdan sonra Zaur ilə Artuş bir-brilərinə tanışlıq verirlər. Keçən günləri xatırlayır, gənc vaxtlarından bir-birlərinə qarşı yaranmış qeyri ənənəvi münasibəti yaşayan bu gənclərin arasında baş verən dialoqlarının əksər hissəsi Qarabağ problemini əhatə edir. Gürcüstandakı görüşləri başa çatdıqdan sonra onlar ayrılır, hərə öz yaşadığı şəhərə yola düşür.

Bir-birlərindən ayrılmış gınclər internet vasitəsilə əlaqə saxlayırlar. Görüşməyə can atırlar. Bu məqsədlə Zaur çalışdıqğı QHT-in xətti ilə Ermənsitana səayhət edir. Orada keçirilən konfransda Dağlıq Qarabağ ilə bağlı diskusiyalarda iştirak edir. Münaqişənin həlli yolunda öz fikirlərini erməni həmkarlarına çatdırmağa çalışır. Səyahətinin əsas məqsədi Artuşla görüşmək olsa da o buna nail ola bilmir. Çünki, Artuş yerli təhlükəsizlik orqanların təqbindən qorxaraq Zaura yaxın gəlmir. Zaur Bakıya qayıtdıqdan sonra o "Qarabağa Azadlıq Təşkilatı" fəallarının təqiblərinə məruz qalır. Canını AzTV-də, "Azərbaycan həqiqətləri" verilişində çıxış edərək, "dolmanı" ermənilər bizdən oğurladığını dedikdən sonra qurtarır.

Aralarında bir müddət soyuqluq yarandıqdan sonra Artuş səhvini başa düşür, Zaurla görüşməyə səy göstərir. Beləki, o, Bakıda keçirilən güləş üzrə dünya yarımasında iştirak etməyə gələn dəstənin tərkibində Bakıya gəlir. Gəlişini əvvəlcədən Zaura xəbər verdiyindən Zaur onunla görüşmək üçün yarış keçirilən saraya gəlir. Hər tərəfdən MTN işçilərin nəzarəti altında olmasına baxmayaraq Artuş idman sarayından qaçaraq Zaurla Razinə gedir. Burada bir neçə gün qaldıqdan sonra onlar İçəri şəhərə gəlirlər, Qız qalasna qalxır, buradan şəhəri seyr edirlər. Aralarında olan "sevgi" münasibətinin onlara mövcud cəmiyyətdə normal yaşamağa imkan verməyəcəyini dərk edən bu gənclər, əl-ələ verir, özlərini Qız qalasından ataraq intihar edirlər.



İnterpretasiya

Müəllif qələmə aldığı bu romanda seksual azlıqlara qarşı Cənubi Qafqazda mövcud olan münasibəti qabartmağa çalışsa da, romanda Qarabağ münaqişəsi ilə bağlı təsvir olunan hadisələrin yaratdığı emosionlar qeyri ənənəvi seksual həyat yaşayan gəncləri arasındakı münasibəti gölgədə qoyur. Romanda Zaurun Ermənsitana getdiyi zamanı verilən hadisələrin ətraflı təsviri ona dəlalət edir ki, burada müəllif özü QHT xətti ilə Ermənistəna səyahəti zamanı yaşadıqları şəxsi təcrübələri göstərməyə çalışmışdır. Bunu Gürcüstanda keçirilən konfrans zamanı baş verən hadisələrin təsvirinə də aid etmək olar.

Romanda 20 yanvar gecəsi Bakının küçələrində rus əsgərlərinin keçdirdikləri vəhşi soyqırım əməliyyatı, eləcə də Azərbaycanın Qarabağ, Füzuli, Zəngilan və digər rayonlarının işğalı ətraflı təsvir olunur. Bununla müəllif Zaurun timsalında Qarabağ müharibəsi, bundan sonra iki xalq arasında mövcud olan münaqişəyə münasibətini bildirməyə cəhd göstərir.

Kitabın adının və süjetinin belə seçilməsinin iki məqsəd daşımasını ehtimal etmək olar. Bunlardan birincisi ondan ibarətdir ki, müəllif həqiqətən seksual azlıqlar problemini qabartmağa çalışır, digəri isə bu tabu mövzu və başlıq altında kitab yazmaqla oxucu kütləsinin marağını özünə yönəltməkdir. Kitabda söyüş sözlər işlədildiyindən onu yeniyetmələrin oxuması məsləhət deyil.


Tarix: 13.03.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 431 Bölmə: Kitablar elm