beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dostları qoruyun

Kitabın içindəkilər


Dağıstan

- Nəyi düşünürsən "bir" deyəndə sən?
- Müqəddəs adını Dağıstanımın!
- Bəs "iki" deyəndə?
- Göylərdə gəzən
Bir cüt qanadını Dağıstanımın.
- "Üç" nədir?
- Kəhkəşan,
Səma
Və dəniz...
Üçü də ölməzdir, həmişəlikdir.
Onlardan pay umub,
güc alırıq biz ,
Üç ulu nemətə Vətən şərikdir.
- "Dörd" nədir?
- Dörd ayaq üstdə dayanan,
Dağıstan çapdığı yel qanadlı at.
- Beş nədir?
- Başının üstündə yanan
Beşguşəli ulduz – işıqlı həyat!
- "Çox" sözü deyəndə
Nə düşünürsən?
- Çox hünər göstərən Dağıstanımı.
Çox-çox ölkələri
Dolaşıb gəzən
Tarixin bəzəyi çox dastanımı.
Onun çox sehirli nağılları var,
Onun çox sözü var dildə, dodaqda.
Çox igid, qeyrətli oğulları var,
Onun çox işi var hələ qabaqda.
Onun çox qayğısı, çox həyəcanı,
Arzusu, niyyəti çoxdur dünyada.
Bircə şeyi təkdir,-
Ancaq vicdanı.
Bunun da əvəzi
Yoxdur dünyada!

Digər şerlər:
ƏN XOŞ XƏBƏR
Sonrakılar
Cəbhə dostlarım
Atam haqqında şeir
BİR QOCA İLƏ SUAL-CAVAB
ANAMA
İKİ ŞAL
KİŞİLİK
ANANIN XƏSTƏ OĞLUNA DEDİKLƏRİ
TORPAQ ANDI
ANA DİLİ
DÜŞÜNCƏLƏR
XƏSTƏLİYİN TARİXİ
SINMIŞ BUDAQ
ANA
NƏĞMƏLƏR
GƏNCLİK NƏĞMƏSİ
TALEDƏN XAHİŞİM


Tarix: 14.03.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Kitablar elm