beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın Milli Qəhrəmanları (kitab)

Azərbaycanın Milli Qəhrəmanları - Azərbaycanın Milli Qəhrəmanları haqqında kitab.Mündəricat
1 Haqqında
2 Kitaba rəylər
3 Həmçinin bax
4 Mənbə


Haqqında

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilib. 288 səhifədən ibarət bu dəfəki nəşrdə isə vətən uğrunda gözünü qırpmadan canından keçərək şəhidlik zirvəsinə ucalan, dövlət tərəfindən milli qəhrəman adına layiq görülən Elton İsgəndərovla Mübariz İbrahimovun adları da milli qəhrəmanlarımızın siyahısına salınıb.

Azərbaycan Əsgərinin ordumuzun qüdrətinin günü-gündən artdığını duyaraq vətənimizin keşiyində vüqarla dayanması üçün "Azərbaycanın Milli Qəhrəmanları" kitabının təkrar nəşri onların mənəvi-psixoloji durumuna müsbət təsir göstərəcək qədər böyük əhəmiyyətə malikdir. Gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır. Bu baxımdan, kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir.

Özü də Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olan Vüqar Əsgərov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda AMEA-nın Respublika Xatirə Kitabı Redaksiyasında çalışır.

Kitaba rəylər
Cəbi Bəhrəmov, "Bütöv və əbədi Azərbaycan uğrunda", "Azərbaycanın Milli Qəhrəmanları" kitabı, Bakı, "Dərələyəz-M", 2010. Səh.3-4.
Eldar Səmədov, "Vətən ucalığı hünərdən keçir", "Azərbaycanın Milli Qəhrəmanları" kitabı, Bakı, "Dərələyəz-M", 2010. Səh.5-7.
Nahid Hacızadə, "Azərbaycan adı ilə...", "Azərbaycanın Milli Qəhrəmanları" kitabı, Bakı, "Dərələyəz-M", 2010. Səh.8-11.


Tarix: 13.03.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Kitablar elm