beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhdi-Cədiddə xilas

Əhdi-Cədidə görə, İsa Məsihin dünyaya gəlməsi ilə həm Məsihin gələcəyinə, həm də Allahın bəşər olub Öz xalqı arasında yaşayacağına dair peyğəmbərliklər yerinə yetdi.[6] Məsih xilasdan bəhs etdikdə, Allahın Padşahlığı (yaxud: Səmavi Padşahlıq) ifadəsini işlətmişdir.[7] Xilas Allahın insanın ürəyinə hökmran olması, insanın Allahla barışması, birləşməsidir. İsa bunun yalnız Özü vasitəsilə mümkün olduğunu elan etmişdir.[8] İsanın Müjdəsi Allahla insan arasında şəxsi münasibətə əsaslanmağına baxmayaraq, buddizmin fərdi xilas yolundan fərqlənir. Xristian xilas ideyası kilsədən (imanlılar cəmiyyəti) ayrı nəzərdən keçirilə bilməz. Möminlərin xilası imanlılar cəmiyyəti daxilində gerçəkləşir və bu cəmiyyətə şərikliyin rəmzi vəftiz sayılır.[9]

Beləliklə, Əhdi-Cədiddə Allahın İsa Məsih vasitəsilə xilasa çağırışı səslənir, eyni zamanda insandan buna cavabən iman tələb olunur. İman dedikdə, Allah-Taalaya tamamilə güvənmək, özünü həsr etmək nəzərdə tutulur. İmanın xilas olmaq üçün şərt olduğu Əhdi-Cədidin əsas təlimlərindən biridir:

Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».[10]

Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» Onlar dedi: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».[11]

Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.[12]

Əhdi-Cədidə görə İsa Məsihə iman Allah ilə insanı birləşdirən körpüdür. İman həm insan ruhunun fəaliyyəti, həm də İlahi ənamdır. İnsan özünü Xilaskara təslim edərək xilas olur. Bununla belə Məsihin dünyaya gəlməsi ilə xilasın ilkin mərhələsi başlandı, son mərhələsində isə Məsihin təkrar yer üzünə dönərək bütün yaradılışın dəyişilməsini tamamlayacağı gözlənilir.


Tarix: 12.03.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Kilseler