beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluq zamanı doğru və yanlışlar

Hər asqırdığında antibiotik vermək, qızdırması olduğunda qalın geydirmə, körpəni üzü-üstə yatırtmaq, ana südünü erkən kəsmə ... Uşaq baxımında qətiliklə edilməməsi vacib olanlar:

İnfeksiya xəstəlikləri və geyindirmə: Yüksək qızdırma ilə rastlanan infeksiya xəstəlikləri zamanı uşaqların qat-qat geyindirilməsi çox rast gəlinən bir səhvdir. Halbuki qızdırma yüksəldiyində uşaqların xüsusilə də qızdırmalı vəziyyətə meylli olan 6 ay-6 yaş qrupunun daxili (alt) paltarlarının belə çıxarılması lazımdır. Bundan dərhal sonrada uşağın ilıq su ilə duşa alınması təklif edilir. Burada ən çox edilən birbaşqa səhv qızdırmalı uşaqların soyuq və ya buzlu su ilə yuyulmasıdır. Çox təhlükəli olan bu tətbiq uşağın damarlarında ani daralmalara və şok vəziyyətininyaranmasına səbəb ola bilər.

Bələk: Vacib biliməsə də bəzi bölgələrdə hələ də körpələri bələyirlər. Bələk körpənin omba sümüklərinin sıxıştırılmasına,gələcəkdə omba inkişafına əngəl və ya omba çıxıklığına yol aça bilər. Bu səbəblə körpənin heç bir şəkildə bələmək olmaz.

Körpəlikdə su: Ana südündə olan su nisbəti körpənin su ehtiyacını qarşılaya biləcək ölçüdədir. Bu səbəblə, südün metabolik fəaliyyətini pozmaması üçün ilk 4-6 ay arasında körpələrə su və ya bitki çayları kimi hər hansı bir içki verilməməlidir.

İnək südü: Əvvəllər bir ay yarımdan sonra körpələrə verilən inək südü, artıq bir yaşından sonra təklif edilir. Bu müddət içində körpələrin mütləq ana südü ilə bəslənməsi lazımdır. Körpələrin sonrakı həyatlarında möcüzəvi bir əhəmiyyətə sahib olan ana südü uşaqları allergiya, asma, diabet kimi bəzi xəstəliklərə qarşı qoruyur.

Antibiotik: Ən çox rast gəlinən başqa bir tətbiq, hər asqıran, qızdırması yüksələn uşağa antibiotik verilməsidir. Xüsusilə soyuqdəymə, qrip kimi infeksiyalarda heç bir şəkildə yeri olmayan antibiotiklər, narahatlığın daha da artmasına səbəb ola bilər.

Xırıltılar: Ümumiyyətlə ailələr hər xırıltını asmaya bənzədir. Halbuki müxtəlif infeksiya xəstəlikləri əsasında bəzi xırıltılar meydana gələ bilər. Bu halda uşağın sağlamlıq vəziyyətinin təqib altına alınması lazımdır.

Qulaq təmizliyi: Uşaqlarda qulaq təmizliyi üçün onları yumaq məsləhət görülmür. Qulaq təmizləmə çubuqlarının irəliyə doğru salmaq və buradakı təbii yağlı maddənin yox etmək qətiliklə olmaz. Əks halda infeksiyaya zəmin yaranacaqdır. Duş qəbul etdikdən sonra yalnız uşağın qulaq dəliyinin daxil hissəsinin suyunun alınması lazımdır.

Dırnaq kəsilməsi: Yeni doğulan körpənin dırnağı kəsilməz kimi bir səhv inam var. Ancaq dırnağın kəsilməsində hər hansı bir qorxu yoxdur.

Yuyunma: Körpənin göbəyi düşmədən yuyunmamasının zəruri olduğu mövzusundakı fikirlər səhvdir. Körpənin göbək baxımı uyğun şərtlərdə edilərsə, yuyundurulmasında bir problem yoxdur.

İshal: İshal olduqda uşağın bağırsaqları istirahət etsin deyə ağızdan alınan qidaların kəsilməsi çox səhv bir tətbiqdir. Tam tərsinə bu dövrdə uşağa ishal dietası tətbiq olunmalı və sistemli şəkildə qalmalıdır. İshal dietasında uşağın yaşına görə bəzi dəyişikliklər edilə bilər. Bir yaşından kiçiklər üçün ishala qarşı qoruyucu maddələr və ana südü verilməlidir. Əgər bir yaşından böyüksə alma, banan, kök suyu, kartof püresi, düyü sıyığı, qaynadılmış düyü suyu, qatıq, ayran, yağsız makaron verilə bilər. İshal dietasında uşağa bol-bol su içirilməsi çox əhəmiyyətlidir.

Tualet tərbiyəsi: Səkkizinci ayına keçən uşaqlarda tualet tərbiyəsi formalaşdırmaq sıx rast gəlinən başqa bir səhvdir. Bu dövrdə uşağa həddindən artıq təzyiq edilməməlidir, çünki sidiyə getmək və nəcis idarəsi, uşağın sinir və digər köməkçi sistemlərin müəyyən bir mərhələyə çatması ilə meydana gəlir. Bu səbəblə uşağın özünü tualet tərbiyəsinə hazır hiss etməsi lazımdır. Ancaq uşaq iki yaşını bitirdikdən sonra bu tərbiyəni tətbiq edə bilərsiniz. Əgər uşaq pərdə, kreslo arxası kimi yerləri seçirsə, buraya uşağın diqqətini çəkəcək rənglərdə balaca stullar qoyula bilər.

Yemək: Uşağa yemək mövzusunda əsla təzyiq etməmək lazımdır. Əgər uşaq təzyiq edildiyini hiss etsə, tamamilə yemək yeməyi kəsər. Bu vəziyyətdə uşaqlar zərərli ola biləcək, çəki itgiləri ilə qarşı-qarşıya qala bilər.

Televiziya: Zəka inkişafına maneə törətdiyi üçün televiziyanın maksimum bir saat izləməsinə icazə verilməlidir. Bu müddət ərzində izlənilən proqramlar uşaqlara istiqamətli bir məzmuna sahib olmalıdır.

Qucağa götürmək: 'Körpə qucağa alınmasın' prinsipinin artıq etibarlılığı yoxdur. Hətta körpənin 'qucaq körpəsi' olmasından qaçılmamalı; ana və ataya toxunması təmin edilməlidir. Körpənin özünə inamlı biri olmasını təmin etmək üçün körpə, zaman-zaman çılpaq olaraq sinəyə verilməli və oxşanmalıdır (nazı çəkilməlidir). Körpənin özünü tumarlamasından qorxaraq geydirilən əlcəklər, artıq istifadə edilmir, körpənin özünə toxunmasında heç bir problem yoxdur.


Tarix: 05.01.2015 / 16:19 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Körpəyə qulluq