beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələrin göz müayinəsinə laqeyd yanaşmayın

Yeni doğulan körpələr göz problemləri ilə doğula bilərlər. Xalq arasında körpələrdə göz problemi olmadığı və onların eynək taxa bilmədiyi kimi inanclar vardır. Bu doğru deyil, çünki erkən dövrdə bir və ya hər iki gözdə kəskin formada göz problemi olarsa körpədə görmə bacarığı yaxşı inkişaf etmir və bir və ya hər iki gözdə görmə tənbəlliyi meydana gəlir. Görmə qüsuru olan gözdə yaranan bulanıq görünüş səbəbiylə uşaq beyni doğru və dəqiq görməyi öyrənə bilmir. Görmə inkişafı bitdikdən sonra nəzərə çarpan görmə azlığının müalicəsi olmaya da bilər. Bu səbəblə körpənin erkən dövrdə eynək taxmağı lazım ola bilər.

Erkən dövrdə körpələrdə açar dəliyi şəklində göz bəbəyi, normadan daha kiçik və inkişafını tamamlamamış göz kürəsi, göz qapaqlarında inkişaf qüsurları ola bilər və bu kimi problemlərin gec diaqnozu istənməyən nəticələrə gətirib çıxara bilər.
Yeni doğulan körpələrdə göz müayinəsinin əhəmiyyəti nədir?
Yeni doğulan körpələrdə göz müayinəsi böyük əhəmiyyət kəsb edir. Uşaqlar ailələrin genetik strukturlarını daşıyırlar. Ailədə genlərdən gələn və ya ailə üzvlərində olmasa belə uşaqlarda yaranan anadangəlmə göz təzyiqi, katarakt kimi xəstəliklər erkən diaqnoz qoyulduğunda müalicə edilə bilən xəstəliklərdir, əks təqdirdə isə müalicə olunmaz göz probleminə səbəb olmaqla yanaşı, hətta korluqla da nəticələnə bilərlər. Bu kimi diaqnozlarlar ümumiyyətlə görmə itkisinin meydana gəlməsinə mane olmaq üçün təcili əməliyyat tələb edir. Bu yaşdakı uşaq əməliyyat oluna bilməz deyərək gözləmək çox təhlükəlidir.

Ailələr uşaqlarını müşahidə edərkən nələrə diqqət yetirməlidirlər?
Uşaqda yaranan göz pozğunluğu ümumiyyətlə ailənin diqqətini çəkməz. Uşaqda görmə qüsuru olsa belə o, illərlə öz evində çox rahat hərəkət edər, ancaq xarici mühitlərdə yaxşı görə bilmədiyi üçün ətrafla əlaqəsi az olar. Ailə bunu utancaqlıq olaraq qəbul edə bilər, belə olduğu halda da müalicə gecikər. Digər bir ipucu isə uşağın televizora maraq göstərməməsidir. Çox rəngli olan televizora maraq göstərməyən uşaqda görmə problemi olduğundan şübhələnmək lazımdır. Belə vəziyyətlərdə ailəsi tərəfindən həkimə gec aparılan uşaqda görmə qüsuru qalıcı ola bilər və edilən müalicəyə cavab almaq çətinləşər, hətda mümükünsüz olar. Görmə qüsuru erkən körpəlik dövründə bağlama üsulu ilə çox qısa zamanda müalicə olunsa belə , gec diaqnoz qoyulmuş uşaqlarda bağlama müalicəsi uzun müddət tələb edir. Uşaq böyüdükcə məktəb dövrünə qədər uzanan müalicə nəticəsində uşaqda sosial problemlər meydana gələr və müalicə çətinləşər.
Vaxtından qabaq doğulan körpələrdə göz problemləri daha çox olur?
Günümüzün əhəmiyyətli problemlərindən biri indiki vaxtda erkən doğan körpələrin göz problemləridir. Kiçik doğulmuş körpələrdə korluğa qədər gedə bilən prematüre retinopatisi olaraq bilinən xəstəliklə yanaşı, Miopiya, hipermetropiya, astigmat, göz tənbəlliyi və s. kimi bir çox problem də yarana bilər. Bu səbəblə də vaxtından qabaq dünyaya gələn körpələrin ilk dörd həftəsinin sonundan etibarən müşahidlərin başlanması və uşağın periodik bir şəkildə məktəb çağına qədər təqibi vacibdir.
Valideynlər hansı hallarda uşağını göz həkiminə aparmalıdırlar?
Gözlərində sulanma olan, işıqdan narahat olan, ətrafla əlaqəsi az olan, səsləndikdə baxan amma yaxınına gəlmədikcə gülümsəməyən, gözləri arasında fərq olan, göz bəbəklərində matlıq və ya ağlıq olan, ailə üzvlərində olmamasına baxmayaraq iri gözləri olan, çəplik olan körpələr təcili olaraq bir göz həkiminə göstərilməlidirlər.Ümumiyyətlə körpələr doğulduqdan sonrakı ilk üç ayda mütləq göz müayinəsindən keçməlidirlər.


Tarix: 03.01.2015 / 14:00 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq