beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++Körpənizi çimdirərkən nəyə diqqət etməlisiz?

Hazırlıq: - Əvvəl körpənizin qarınının yaxşıca doyduğundan əmin olun. Sakit və rahat olduğu bir zamanı seçin.

- Körpənizin göbək bağı düşənə qədər duş süngəri istifadə edin.
- Seçdiyiniz otaq ilıq olmalı və küləkli olmamalıdır. Ayrıca körpə ləyəniniz yoxsa, mətbəx və ya duş tualetini də istifadə edə bilərsiniz.
- Körpəniz kiçiksə sürüşməsini önləmək üçün tualet ya da ləyənin dibinə bir dəsmal sərin.
- Hazırlıqlı olun. ehtiyacınız olan hər şey asanca çata biləcəyiniz bir məsafədə olsun. Telefonu da unutmayın.
- Körpənizi əsla tək başına buraxmayın.
- Suyun istiliyini dirsəyinizlə ölçün. Əgər ilıqsa su hazırdır.

Başlarkən
- Körpənizi soyundurun. Qollarının altından tutaraq yavaşca hazırladığınız suyun içinə buraxın. Başını dəstəkləməyi unutmayın.
- Körpənizlə danışın, ya da mahnı oxuyun. Duşu əyləncəli hala gətirin!

Duş əsnasında
- Həssas bir sabun və ya şampun istifadə edin.
- Təmizliyə yüzüylə başlayın və bu əsnada yumşaq bir dəsmal istifadə edin. Bədəniylə davam edin. Saçlarını hər vaxt ən son yuyun.
- Saçlarını yuyarkən, körpənizi qucağınızda eynilə bir top kimi yapış. İlıq və yumşaq bir dəsmalla saçlarını isladın. Yuyarkən və durularkən xüsusilə gözlərinə çox diqqət yetirin.

Son olaraq
- Saçlarını yumağı bitirər bitirməz başını bir dəsmalla sarın.
- Əgər göbək bağı kökü islanmışsa spirtlə təmizləyin.


Tarix: 03.01.2015 / 14:26 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Körpəyə qulluq