beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məgər anam haqlıymış

Anam deyərdi ki: "Tərli tərli su içmə."
İçdən içə əsəblənərdim ona
Oyunun ən şirin yerində,
Bu müdaxilə də niyə?
Xəstələnincə anlardım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Əsla gecikmə."
Maraqlanarmış sonra
İçdən içə hayıflanırdım ona
Gedənin dönməsini gözləyərkən anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Otağını dağıtma."
İçdən içə qarşı gəlirdim ona
Yığışdırmağı təxirə salıb dayanarkən
Həyatımı dağıtdığım anlarımda anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Hirsində kasıb ol, sevgində zəngin."
İçdən içə əhəmiyyət verməzdim baxışlarımla
Qırdığım ürəkləri kompensasiya edə bilmədiyimdə anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Tək şəxsiyyət ol həyatda."
Digər müxtəlifi eqoizm olar
Sevilmərəm sonra
İçdən içə gülər keçərdim bu kəlama
Təklik ağır gəlməyə başlayınca anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Təbii ol, süni olma."
İçdən içə ağız büzərdim ona
Əzbərlədiyim həyat formasının dadsızlığını fərq edib
Rollarımı qarışdırmağa başlayınca anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Gəncliyinin qiymətini bil, geri gəlməz bir daha."
İçdən içə sitəmkar davranardım ona
Üzümdəki xəttlər
Saçımdakı ağlar zəfər qazandıqca anladım ki!
Anam haqlıymış...
Məgər anam haqlıymış
Anam deyərdi ki: "Bir arzu tut, gerçək olana qədər çalış."
İçdən içə demək asandır, etmək çətindir deyərdim ona
Həyatımı sorğulamağa başlayıb
Davamlı edə bilmədiklərim ağılıma gəldiyində anladım ki!
Anam haqlıymış...


Tarix: 03.01.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Körpəyə qulluq