beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələr üçün: Qarışıq tərəvəz yeməyi

QARIŞIQ TƏRƏVƏZ YEMƏYİ
Başlanğıcda tünd şorba, ilk həftədən sonra tünd püre şəklində hazırlanar.

- 3 fincan su,
- bir tutam duz,
- 2 orta boy kök,
- 1 orta boy kartof

50 dəqiqə ağızı bağlı bir qabda bişirilər. Şüşə süzgəcdən keçirilərək heç əzmədən tərəvəzlərin suyu bir kobud alınar. 1 çay qaşığı manna yarması əlavə edilərək 5 dəqiqə qaynadılar.

Bir həftə sonra:
Bu səfər köklər və kartoflar əzilərək püre şəklinə gətirilərək şüşə süzgəcdən keçirilər. İçinə yenə manna yarması qatılaraq hazırlanar.

İki həftə sonra:
Yuxarıdakılara əlavə olaraq 1 çay qaşığı düyü əlavə edilər. Əldə edilən püreyə 1 çay qaşığı manna yarması əlavə edilərək 5 dəqiqə daha bişirilər.
Hər gün yeni olaraq cəfəri, ispanaq, pomidor enginar v. b. tərəvəzlər əlavə olunaraq, qida zənginləşdirilər.

Üç həftə sonra:
Yuxarıdakı şəkildə hazırlanan püreyə 1 çay qaşığı pasterizə kərəyağı əlavə olunar.


Tarix: 03.01.2015 / 14:24 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Körpəyə qulluq