beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana olmaq asandırmı?

Hamiləlik paltarı:
Birinci uşaqda-Testin müsbət cavabını bilən kimi başlayır hamiləlik geyimində gəzməyə
İkinci uşaqda-Əyninə dar olmayana qədər adi geyimindən istifadə edir
Üçüncü uşaqda-elə gündəlik geyimi hamiləlik geyimidir
Doğuşa hazırlıq:
Birinci uşaqda-Bütün hamiləlik boyunca düzgün nəfəs almağı məşq edir
İkinci uşaqda-Heç nə məşq etmir,çünki bilir ki birinci uşaqda etdiyin məşqlərin heç bir köməyi olmayıb
Üçüncü uşaqda-Səkkizinci ayda artıq epidural xahiş edir
Uşağın geyimi:
Birinci uşaqda-Yuyur,qaynadır,şkafda rənglərinə uyğun səliqə ilə yığir
İkinci uşaqda-Yalnız üstünə tünd ləkələr düşmüş paltarları qaynadır
Üçüncü uşaqda-Uşaqdır da,çəhrayı geyimdə də pis görünmür,nə olsun ki oğlan uşağıdır
Həyəcan:
Birinci uşaqda-Ağzını bir azca büzən kimi qucağına götürür
İkinci uşaqda-Yalnız o zaman qucağına alır ki,onun qışqırığı birinci uşağı yuxudan oyadır
Üçüncü uşaqda-Birinci uşağı öyrədib ki üçüncü uşağın kolyaskanı yelləyərək yatızdırsın
Əmzik:
Birinci uşaqda-Əgər əmzik yerə düşürsə onu sterilə etməmiş uşağa vermir
İkinci uşaqda-Əmzik yerə düşəndə butulkadan su tökərək yuyub verir
Üçüncü uşaqda-Əmziyi paltarının ətəyinə silərək uşağa verir
Pamperslər:
Birinci uşaqda-Hər bir saatdan bir pampersi dəyişir,hətta ehtiyac olmasa belə
İkinci uşaqda-Lazım gələrsə hər 2-3 saatdan bir pampersi dəyişir
Üçüncü uşaqda-Pampersi o vaxt dəyişir ki,artıq iy ətrafdakıları narahat edir
Hərəkətlər:
Birinci uşaqda-nəzarət edir ki,döşəmədə sürünməsin,pişiklə işi olmasım
İkinci uşaqda-Nəzarət edir ki,pişiyin yeməyini yeməsin
Üçüncü uşaqda-Əgər pişiyin yeməyini yeyibsə bi artıq pişiyin problemidir
Uşaqla vaxt keçirmək:
Birinci uşaqda-Vaxtının çox hissəsini uşağın inkişafını izləyərək keçirir
İkinci uşaqda-Hər gün bir az vaxt ayırır ki böyük uşaq kiçiyi itələməsin,vurmasın deyə onu öyrətsin
Üçüncü uşaqda-Hər gün bir az vaxt ayırır ki evin hansı küncündə uşaqlardan gizlənsin
Uşaq qəpik udubsa:
Birinci uşaqda-Uşağı götürüb xəstəxanya qaçır və tələb edir ki,rentgen etsinlər
İkinci uşaqda-Qarşoku tez-tez yoxlayır ki qəpik gəlib düşdümü?
Üçüncü uşaqda-Qəpiyin dəyərini ona ayırdığı puldan kəsir


Tarix: 03.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Körpəyə qulluq