beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara nəyi izləmək qadağan olunmalıdır?

Uşaqları şiddətlə bağlı olan seriallara, xəbərlərə və cizgi filmlərinə baxmağa icazə verilməməlidir.
Mütəxəsislər hesab edir ki, televizor digər yaş qruplarına nisbətən uşaqlara daha çox təsir edir. Onlar tv-ni özlərinə örnək götürür. Bu isə bir sıra fəsadlara yol aça bilər. Çünki uşaqlar daha həssas olur, şiddət və.s kimi psixoloji məqamlar onlara tez təsir edir. Bu kimi materiallar uşaqların da sərt rəftarına səbəb olur.
Xüsusilə də məktəb yaşına çatmamış uşaqlara bu kimi materialları qadağan etmək məsləhət görülür. Bu yaş qrupunda olan uşaqlar reallıqla, cansızı bir-birindən ayıra bilmir. Bu da uşaqların psixologiyasını korlayır. Hazırda tv həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ondan istifadəni isə düzgün şəkildə qurmaq lazımdır.
Tv uşaqlar üçün məlumat mənbəyidir. Buna görə də çalışın uşaqlarınız onları məlumatlandıra bilən verilişləri izləsin. Hər uşağın özünün yaş qrupuna görə proqramları olur. Məsələn, heyvanlarla bağlı ya da maarifləndirci verilişlər izləməyəhəvəsləndirin.
Kliplərə baxmağa isə icazə verməyin. Çünki uşaqlar gördüklərini nümunə götürür və ordakı kimi hərəkətlər etməyə başlayır. Sonralar bunları tərgitmək isə çətin olur. Çalışın əvvəlcədən qarşısını alın.


Valideynlər işlərini daha rahat etmək üçün uşaqları tv-nin qarşısına qoyur. Yəni öz rahatlıqları naminə uşaqlarını təhlükə ilə üz-üzə qoyur. Uşaqları tv-nin qarşısına qoymaq yerinə onları bağçaya yazdırın, yaxud da rəsm çəkmək üçün yaxşı şərait yaradın.


Tarix: 03.01.2015 / 13:52 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Körpəyə qulluq