beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəniz dişmi çıxarır?

Körpənizlə birlikdə zamanın çox sürətli axması normaldır. Hər gün yeni bir inkişaf göstərir körpəniz. Bunlardan əhəmiyyətli biri də diş çıxarma dövrüdür. Körpənizin süd dişləri ümumi olaraq 7 ay ətrafında çıxmağa başlayır. Ancaq irsi xüsusiyyətlərə bağlı olaraq bəzən körpələrin ilk dişləri 3 ayda da çıxmağa başlaya bilər. Bu dövrün 12 aya qədər uzanmasi təbiidir.
Diş çıxarma əlamətləri, diş çıxmağa başlamadan 1-2 ay əvvəl özünü göstərməyə başlaya bilər. Bunlar arasında ən məşhur olanları tüpürcək axıtmaq. Bir çox körpənin 2-3 aylıqdan etibarən tüpürcək miqdarlarında artım müşahidə olunur. Artan tüpürcək miqdarı ilə birlikdə ağız və çənəsində bəzi qızartilar müşahidə edilə bilər. Bunu qarshisini almanin yolu, yumşaq bir desmala təmizleyib quru axlamaqdir. Bu dövrdə qabaran bölgəni rahatlaşdırmaq üçün körpədə dişləmə ehtiyacı inkişaf edər. Alacağınız diş qaşıyıcı oyuncaqlar və bölgəni rahatlaşdıran soyuq buz torbaları işinizə çox yarayacaq. Bəzən diş əti qabarıqlığı elə çox olar ki, o bölgədə dözülməz ağrılar ola bilər. Belə vəziyyətlərdə körpəniz həddindən artıq narahat olacaq ağlayacaq. Həkiminizin təklif edəcəyi üsullarla körpənizi rahatlaşdıra bilersiniz.
Şişliyə bağlı olaraq körpəniz bəslənməyi də rədd edə bilər. Korpenize sud verirsinizse davam edin.Mütəxəssislərə görə 38% korpeden biri bu dövrdə qizdirma müşahidə edilə bilər. Ancaq yenə də qızdırmalı hallarda həkiminizə məsləhətləşmənizdə fayda vardır.


Tarix: 03.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Körpəyə qulluq