beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən və Sən

(verse: Qaraqan)
Gözlərin iki okean,Göz yaşların aysberq
Mən içinə kiçik balıq,hələ bitməmiş bir roman,povest
Hələ başlıya bilməmiş bir nağıl
Yenə yaralıdı qanadlar,uça bilmirəm
Sənsiz necə yorulub ayaqlar,qaça bilmirəm
Sənnən məni bağışla tərk et! Tez get!
Sevgim qaralama dəftəri
Sən yaralarıma dərman,zamandan yaxşı
Qəlbim qorxaq uşaq,kim deyir acı həqiqət şirin yalandan yaxşı
Bakının boz küçələri
Sentyabr, bir az külək, ara bir yağış
Bəlkə öləcək sevgimiz ama qoy hələ yaşasın mahnımız

(Nəqarət: Qaraqan)
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək,bir alov,bir köz
Bir az döz, Bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz,mən sənsiz


(verse:Qaraqan)
Gecə gündüzə qarışıb,sən yoxsan
Otaq boşdu,zəng gəlmir
Buz döşəmələr,pəncərəm pərdəli
Sənin incə əllərin,
Sənin incə əllərin məni isidərdi
Kobud qollarım səni qoruyardı
Şirin sözlərin məni yaşadardı
Keçmişə bir günlük qayıdardım,
Mən qayıdardım
Dəyişərdim,Tanımazdım
Kaş mənim həyatımda heç olmazdın
Kaş ləpələr sahilə gəlməzdi
Kaş sahil dənizini sevməzdi
Onda dalğalar da geri dönməzdi
Bala balığlar quruda ölməzdi
Qələm əllərimdə kül olsada gülmürəm
Sənsiz ölərəm deyirdim ama ölmürəm

(Nəqarət:Qaraqan)
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək,bir alov,bir köz
Bir az döz, Bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz,mən sənsiz


(verse:Ayka)
Dəli küləklər son məktubunu əlimdən aldı
Yenə tək qaldım, Yenə sənsiz həyatım olub mənə zindan
Yenə sən, Yenə qan, Yenə Qaraqan
Yenə əlində parçalanır ümid
Yenə dənizimə büründü dumanlar
Yenə yalanlar yenə yalanlar


(verse:Qaraqan)
Dəli küləklər, bizim içimizə son bahar gələcək
Yenə töküləcək yarpağı sevginin
Yenə yağacaq yağışlar qarışıb göz yaşına


(verse:Ayka)
Sevmirəm, Sevmirəm
Necə qorxuram sevdiyimi deməkdən
Aman Allah bilmirəm,bilmirəm səni niyə belə sevirəm
Sevirəm mən sevirəm

(Nəqarət:Qaraqan)
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək,bir alov,bir köz
Bir az döz, Bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz,mən sənsiz


Tarix: 30.03.2015 / 10:32 Müəllif: Aziza Baxılıb: 213 Bölmə: Host