beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Metamarfoza

(verse: Qaraqan)
Şeytanla üzbə üz hələ ölmüyüb yumor
Hələ ölmüyüb gözlərində hələ də var qürür
Budağlar,otağda qəribə kölgə,üzündə qırışlar
Onunla bir dağılır ölkə.
Qapı arxadan bağlı,dağılıb zibil qabı.
Yastığda laxtalanmış qan o artıq deyil insan
Baş verib metamarfoz,Kafkanın persanajı
O sanki dəniz quldurlarına uduzub apardaşı
Biləy ülgüc,ürək durub, zamanın çatlarında qan,Damır tavan
Beyin kəçic tantantantantantan!..
Qolaq dolu pambıq, pəncərələr mıxlanıb nədi bu paranoya?
Ya bu nə cür adlanır. Uçur pərvanələr.Zəyif işıqlı lampa
Otaqda keçmiş sahiblərdən miras qalan karma
Gəlir qəribə səslər elə bil kimsə gəzir
Gözünün qarşısında bütün hayatı durur nəbzi.

(Nəqarət:Qaraqan)
Heç kəs gəlməsin! Heç kəs gəlməsin!
Mən burda təkəm. Qoy qalım tək mən!
Heç kəs gəlməsin! Heç kəs gəlməsin!
Qoy qalım tək mən! Qoy qalım tək mən!(x2)


(verse:Qaraqan)
Qonşu otaqda ana söyüşləri və radio səsi
Verir rezonas öskürəyə plastik pəncərəsi
Qıraqda köhnə kamod içində köhnə sirlər
Başdıyır pristublar,sancı,revmatizim dizdə
Hayatı sanki puzzle,çatışmır bir hissəcik
Və bu bir hissəciyə görə də görünmür mənzərə
Son epizod qaranlıq,payızda son yadigar
Onun ürəyində vulkan, beyin zəlzələ.
Allahı aldatmaq ya şeytanla səmimi söhbət
Son arzu Lalə,Son dəfə onu görmək
Geyinib əvvəlki tək!Bəzənib əvvəlki tək!
Bir qutu rafaello,bir de bir dəstə çiçək
Romantik randevular və ciddi konfranslar
Keçmişin xatirələri silinir gözdə kontraslar
O indi sanki mebel,Nə xeyri var nə ziyan
Ömürlük paraliç, kipriklər və tavan.

(Nəqarət:Qaraqan)
Heç kəs gəlməsin! Heç kəs gəlməsin!
Mən burda təkəm. Qoy qalım tək mən!
Heç kəs gəlməsin! Heç kəs gəlməsin!
Qoy qalım tək mən! Qoy qalım tək mən!(x2)


(verse:Qaraqan)
Deyirlər insan həyatı sadəcə bir sınaq
Məncə bu bədbəxtlərin ümid verici uydurması
Axı mənim arzularımda var idi göyə uçmaq
Noldu bəs qanadlar, möcuzələr dünyası
Avtamobil qəzası taleyim süpriz!
Qəbul eliyirəm məni,Məni təəcübləndirə bildiz!
İndi çəkin geriyə zamanı bəsdi zarafatlar
Amma Allah istiyir bu filmin davamına baxmaq
Mən bədbəxt yoxsa axmaq? Ölməy ya qalmaq pis?
Mənə bir fincan kofe bir de əzrail please.
Yox yox ! bu deyil kapriz bu sadəcə depresiya
Əgər həyat imtahandısa niyə olmur seminar leksiya?
Suallar cavablar, Biliyim nəyə qadir?
Mən lap girsəm də cənnətə o da olacaq qiyabi.
Yarımçıq insan həyatı, Yarımçıq arzular.
Ya bu həyat bir oyun ya bizi oynadırlar.


Tarix: 30.03.2015 / 10:31 Müəllif: Aziza Baxılıb: 277 Bölmə: Host