beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Havada, quruda və suda sürətlə hərəkət edən heyvanlar

Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda322 kmsürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.

Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu da şahinin görmə gücünün insandan 7 dəfə artıq olmasını ifadə edir. Şahinlərin qüsursuz ovçu olmalarını təmin edən bu yaradılış möcüzəsi Allahın üstün yaratmasıdır.

Quruda maksimum sürətlə qaçan hepardlar

Hepardlar saatda105 kmsürətlə qaçan dünyanın ən sürətli quru heyvanlarıdır. Sürülər halında ov ovlayan böyük pişiklərdən fərqli olaraq, sürətləri sayəsində ovlarını tək başına yaxalayıb tuturlar.

Təzə ət yeməyi sevən hepardlar bu üstün xüsusiyyətləri sayəsində ovlarını qovaraq onları tutmaq məcburiyyətindədirlər. Bu məqsədlə iti gözləri ilə ətrafı araşdırır, sürüdən uzaqlaşmış ceyran və ya antilop gördükləri zaman çöməlir, çiyinlərini donqarlaşdırır, qulaqlarını geriyə yatırdır və bir neçə addımdan sonra güc toplayıb yerindən sıçrayaraq qaçmağa başlayır. Bir neçə saniyədə sürətləri maksimum səviyyəyə çatır. Bu sayədə çətinlik çəkmədən saatda113 kmsürətlə qaça bilirlər.





Suda sürətlə üzən yelkən balığı

Qılınc balığına bənzəyən və kürəyində böyük üzgəci olan yelkən balığı (Sailfish) suda saatda109 kmsürətlə üzən canlıdır. Güclü üzgəcləri və aerodinamik xüsusiyyəti sayəsində bu balıq həm özündən kiçik balıqları ovlayaraq qida ehtiyacını ödəyir, həm də ac köpək balıqlarından asanlıqla qaçır.





Xüsusi dözümlülüyə sahib olan dəniz qaranquşları

Şimal qütbündə yaşayan dəniz qaranquşları uzun məsafələri qət edərək böyük dözümlülük göstərən quşlardır. Yalnız 300 qr ağırlığı olan bu kiçik quşlar hər il şimal qütbündən Antarktikaya, oradan da geriyə doğru uçaraq, şimal və cənub qütb buzlaqlarında təxminən15.000 kmyol qət edirlər.

Qaranquşların köç edərkən tamamladıqları dairə təxminən 40.000 km-ə bərabərdir və bu uzunluq demək olar ki, Yer kürəsinin diametrinə bərabərdir. Bu qədər məsafəni qət edən kiçik canlıların çox yorulduğu düşünülə bilər. Ancaq bu, heç də belə deyil. Əlbəttə ki, uzun müddət uçan quşlarda yorğunluq əlamətləri görünür, amma əks istiqamətdə əsən küləklə qarşılaşmadıqları müddət ərzində ciddi bir problem yaşamırlar.



Super güclü canlılar: fillər

Fillərin xortumları ağırlıq qaldırma və dartma gücü baxımından heyranlıq oyandıran bir yaradılış dəlilidir. Filin xortumu 270 kq-lıq ağırlığı rahatlıqla qaldıra bilir. Güclü xortumları sayəsində fillər ağacları yelləyir, hətta kökündən qoparırlar. Bu şəkildə qida ehtiyaclarını ödəyərkən, meşəni yaşlı ağaclardan təmizləyərək gənc ağacların böyüməsinə də imkan yaradırlar.

Bir həmlədə göydələnin üstünə tullana bilən froghopper həşəratı

Kiçik froghopper 6 mm boyunda bir həşərat növüdür. Bu kiçik həşəratın sahib olduğu bacarıq isə elm dünyasını heyrətə salacaq ölçüdə böyükdür. Çünki özünü 70 sm irəliyə ata bilən bu həşəratın tullanmağı insanın bir həmlədə 210 metr hündülükdə olan bir göydələnə tullanmasına bərabərdir.



Froghopperdən sonra ikinci yeri “birə” tutur. Bu kiçik həşərat 18 sm yüksəyə və 33 sm uzunluğa tullana bilir. Bu bir insanın137 muzunluğa hoppanmasına bərabərdir.

İmpala adlandırılan Afrika antilopu da super sıçrayıcı xüsusiyyətə malikdir. Saatda 56-72 km sürətlə qaçan bu canlı təxminən 3,7 metr yüksəkliyə tullana bilir. Şübhəsiz, Allahın bu canlılara bir nemət olaraq təqdim etdiyi sıçrama xüsusiyyəti onların özlərini ovçulardan qoruyan mükəmməl sistemlərdir.


Tarix: 09.12.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Heyvanlar aləmi