beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Sübh və Əsr namazının fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni(1)sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: «Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?» - deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: «Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar».
(əl-Buxari 97. Kitəbut-Tövhid 33 (555, 6932, 7048, 7486).)


Tarix: 24.04.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Hedisler