Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər (Mələklərin Mübahisəsi)

Rəvayət edilir ki, Muaz ibn Cəbəl (r.a) demişdir: «(Bir dəfə) Allah Elçisi (s.a.v) Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi (s.a.v) namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə: «Sıralarda olduğunuz kimi qalın!» - dedi. Sonra bizə tərəf dönərək buyurdu: «Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Bilmirəm!» Bunu üç dəfə təkrarladı. Gördüm ki, əlini iki kürəyimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Kəffarələr haqqında». O buyurdu: «Nədir onlar?» Mən dedim: «Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq». Allah buyurdu: «Sonra nə haqda?» Mən dedim: «Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatmışkən gecə namaz qılmaq». Allah buyurdu: «İstə!» Mən dedim:

«Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm». Allah Elçisi (s.a.v) dedi: «Bu yuxu haqdır, bunları yaxşıca öyrənin».

(Transkripsiyası: Allahummə inni əs'əlukə fi'ləl-xeyrati va tərkəl-munkərati va hubbəl məsəkini va ən təğfira li və tərhəməni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftunin. əs'əlukə hubbəkə va hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribu ilə hubbikə.)


Tarix: 24.04.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Hedisler
loading...