beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha iman gətirdim de, sonra doğru yolu tut

Süfyan ibn Abdulla əs-Səqafi (r.a) belə demişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə İslamda elə bir söz söylə ki, o barədə səndən sonra heç kəsdən soruşmayım." Peyğəmbər (s.a.v) buyurdu: "Allaha iman gətirdim de, sonra doğru yolu tut!” Müslim rəvayət etmişdir.

(Müslim: İman ? 38. Tirmizi: Zühd ? 2410. İbn Macə: Fitən ? 3972. Əhməd: 3/413. Darimi: Riqaq ? 2710.)

ŞƏRH

Bu kişi Peyğəmbərdən (s.a.v) xeyri özündə cəm edən, faydalı olan və onu tələffüz edəni nicata qovuşduran bir söz söyləməsini istəmişdir. Peyğəmbər ona, Allaha iman gətirməyi əmr etmişdir. Bu iman, özündə etiqad olunması vacib sayılan imanı, onun əsaslarını və digər bu kimi əqidə məsələlərini, məsələn, qəlbin əməllərini, Allaha zahirən və daxilən mütilik və təslimçilik göstərməyi, bu imandan əl çəkməməyi və ölənə qədər ona doğru-düzgün riayət etməyi ehtiva etmişdir. Qeyd olunan hədis, uca Allahın bu ayəsi ilə eyni məzmun daşıyır: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da düz yol tutan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).

Hədisdə imanın və düzgün yolun nəticəsi kimi, bütün şərlərdən salamat qalmaq, Cənnəti qazanmaq və hər bir arzu edilənə nail olmaq göstərilmişdir.
Çoxsaylı Quran və Sünnə dəlilləri bildirirlər ki, iman, qəlbdə olan düzgün etiqadı, qəlb əməllərindən sayılan xeyirli işlərə rəğbəti, pis işlərdən çəkinməyi, yaxşılıqları istəməyi, şərə nifrət etməyi və eləcə də əzaların əməllərini ehtiva edir. Bu əməlləri davamiyyətli şəkildə etmədikcə, iman kamil sayılmaz.


Tarix: 22.04.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Hedisler