beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su təmizdir, onu heç nə çirkləndirə bilməz

Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Su təmizdir, onu heç nə çirkləndirə bilməz.” Əhməd, Tirmizi, Əbu Davud və Nəsai rəvayət etmişlər.
(Tirmizi: Təharət ? 66. Əbu Davud: Təharət ? 66. Əlbani hədisin səhih olduğunu bildirmişdir.)

ŞƏRH
Bu səhih hədis, mənası geniş olan əsasa: yerdən çıxan, göydən yağıb formasını dəyişməyən, yaxud düşüb qaldığı, yaxud da axdığı yerin təsirindən dəyişən, ya da çox hissəsi pak şeylərlə dəyişən suların təmiz olmasına, onlardan təmizlik və başqa işlər üçün istifadə etməyin icazəli olduğuna dəlalət edir. Rəngi, dadı və iyi nəcis, yaxud murdar şeylərlə dəyişən sular istisnadır. Bu hədisin bəzi mətnlərində bu haqda məlumat verilmişdir.
Murdar şeylərlə dəyişmiş suyun nəcasət (murdar) sayılması barədə alimlər ittifaq etmişlər. İmam Əhməd və başqaları uca Allahın bu kəlamını dəlil gətirmişlər: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti... sizə haram edilmişdir...” (Maidə, 3) Yəni, nə vaxt bu sinifdən olan haramlar suya düşərlərsə, o, çirkli və murdar olar.
Bu və digər hədislər pak şeylərlə qarışan suyun təmiz olmasını bildirir. Həmçinin qadının toxunduğu suya mütləq olaraq maneə qoyulmaz. Eləcə də gecə yuxudan oyananın əlinin dəydiyi su təmizdir. Onun əlini üç dəfə yumadan suya salması qadağan edilmişdir. Suya maneə qoyulmasına gəlincə, bu hədis ona dəlil deyil.

Hədisdə suyun iki növ olması deyilir.

Birinci: Nəcasətli (murdar) sular. Az və ya çox miqdarlı nəcisin suya qarışıb onun (üç) vəsfindən birini (iyini, dadını və ya rəngini) dəyişərsə, həmin su murdar sayılır. İkinci: Təmiz sular. Birinci qismin əksində olan, yəni pak sular bu növə aiddir. Üçüncü növ kimi təqdim olunan, nə murdar olmayan, nə də təmizləyici işini görməyən su növünün təsdiqi üçün şəriətdə dəlil varid olmamışdır. Dəlil olmadığı üçün bu cür suların əslən təmiz olduğu yetərlidir. Aşağıdakı ayə bu ümumi qaydanı gücləndirir: “...su tapmasanız, pak torpaqla təyəmmüm edin...” (Maidə, 6). Qeyri-müəyyənliklə deyilən "su" sözü, inkar cümləsində işlədildiyi üçün onun murdar sulardan başqa bütün növ sulara aid olduğunu bildirir. Bu haqda alimlərin yekdil rəyi mövcuddur.
Hədis, suların əsli baxımdan təmiz olduğuna sübutdur. Bu başqa məsələlərdə də belədir. Əgər nəyinsə murdar bir şeylə çirklənməsi barədə tərəddüd edilərsə, suyun təmiz olmasını əsas götürmək lazımdır.


Tarix: 22.04.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Hedisler