beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O, murdar deyil, o sizin ətrafınızda dolaşanlardandır (Pişik haqqında )

Əbu Qatadə (r.a) demişdir: Peyğəmbər (s.a.v) pişik haqqında belə buyurdu: “O, murdar deyil. O, sizin ətrafı¬nız¬da dolaşanlardandır.” Malik, Əhməd və dörd “Sünən” sahibləri rəvayət etmişlər.

(Tirmizi: Təharət ? 92; Nəsai: Təharət ? 68; Əbu Davud: Təharət ? 75; İbn Macə: Təharət ? 367; Əhməd: 5/303; Malik: Təharət ? 44; Darimi: Təharət ? 736. Əlbani hədisin səhih olduğunu demişdir.)

ŞƏRH
Bu hədis iki əsasdan ibarətdir:
Birinci: Çətinlik asanlıq gətirir. Bu, şəriətin ən böyük əsaslarından biridir. Qaydaya görə qorunulması çətin olan şeylər təmizdir. Pişiyin ağzının, əllərinin və ayaqlarının dəydiyi yerləri yumaq lazım deyil. Peyğəmbər (s.a.v) bu asanlığın səbəbini: “o sizin ətrafınızda dolaşanlardandır.” – sözləri ilə açıqlamışdır. O, çətinlik asanlıq gətirir qaydasını əsas götürüb bir çox hallarda insanlara asanlıq vermişdir. Məsələn, ön və arxa ifrazat çıxışlarından xaric olanları daşla təmizləmək, ayaqqabının, xüflərin və paltar ətəyinin nəcisə bulaşan hissəsini yerə sürtməklə pak etmək, küçələrdə torpağa düşmüş kiçik həcmli murdar şeylərin bağışlanması, qan axdıqdan sonra ətdə və damarda qalan qanın bağışlanan olması və ov itinin ağızı dəyən ovun icazəli olması.
İkinci: Pişik və xilqət cəhətdən ona oxşar olan siçan və digər bu kimi canlılar sağlıqlarında təmiz hesab olunurlar. Onlar toxunduqları yeməyi, içməyi, geyimi və sairi murdar etmirlər. Buna görə də məzhəb (Hənbəli) alimlərimiz demişlər: Heyvanlar təmizlik və murdarlıq cəhətdən beş qismə bölünürlər:
1. Diri və ölü vəziyyətdə həm özü, həm də hissələri, qalıqları murdar olanlar. Məsələn, itlər, bütün yırtıcı heyvanlar, donuz və s.
2. Diri olduğu zaman təmiz olub, öldükdən sonra murdar olanlar. Məsələn, pişik və xilqət cəhətdən ona oxşar olanlar. Onların kəsilməsi yeyilməsini halal etmir.
3. Diri və ölü vəziyyətdə təmiz olub, yeyilməsi icazə verilməyənlər. Məsələn, axar qanı olmayan həşəratlar.
4. Diri ikən və kəsildikdən sonra təmiz olanlar. Bura yeyilməsi icazə verilən bütün heyvanlar daxildir. Məsələn, qoyun, inək və s.
5. Kəsilib kəsilmədiyindən asılı olmayaraq diri və ölü vəziyyətdə təmiz və halal olanlar. Bura bütün dəniz heyvanları və çəyirtkə daxildir.
Əksər alimlər Peyğəmbərin (s.a.v) “o sizin ətrafınızda dolaşanlardandır.” – sözlərinə əsaslanaraq, heyvan balalarının və onların ağızlarının murdar bir şeyə bulaşdıqdan sonra da təmiz olduğunu, eşşəyin və qatırın ağız suyunun, tərinin və tükünün təmizliyini söyləmişlər. Pişiyin törətdiyi çətinlik hara, eşşəklə qatırın çətinliyi hara?
Peyğəmbərin (s.a.v) və onun əshabələrinin bu miniklərə minərkən yuxarıda qeyd olunanlardan ehtiyat etməməkləri, məsələ üçün dəlil sayıla bilər. Məhz bu da doğru qərardır.
Xeybər döyüşü baş verdiyi gün Peyğəmbərin (s.a.v) eşşək ətləri haqqında “onlar murdardır” buyurması, onların ətlərinin yeyilməsinin haram olduğunu bildirir. Ağız suyu, təri və tükü barədə qadağanedici heç nə deməmiş və çəkindirməmişdir.
İtlərə gəlincə, Peyğəmbər (s.a.v) onların yaladıqları qabı bir dəfə torpaqla təmizlənməklə, yeddi dəfə yumağı əmr etmişdir.


Tarix: 22.04.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Hedisler