beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilələrə bunları yemək qadağandır — SİYAHI

Ana nə qədər düzgün qidalanarsa, körpə də düzgün qidalanar, hər ikisi də sağlam olar. Ananın yanlış şəkildə qidalanması körpənin dünyaya xəstə gəlməsi riskini çoxaldır. Bir sözlə, hamiləlik zamanı düzgün və sağlam qidalanmaq şərtdir.
Hamiləlik zamanı hansı qidalar zərərlidir?
Sağlam qidalanma hamiləlikdə yaşana biləcək problemləri azaltmaq üçün çox önəmlidir. Buna görə bəzi qidalardan uzaq durmaq lazımdır. Hamiləlikdə çiy və ya az bişmiş ət, yumurta, balıq və pasterizə edilməmiş qidalar körpənin inkişafına mənfi təsir edir. Siqaret və spirtli içkidən uzaq durmaq çox vacibdir.
Yumurta. Az bişmiş yumurta “salmonella” adı verilən zəhərlənməyə səbəb ola bilər. Buna görə hamilə qadınlar yumurtanın tam yaxşı bişdiyindən əmin olmalıdır. Salmonella, ishal və bulantı kimi əlamətlərlə özünü göstərir. Salat sousları, mayonez, evdə hazırlanan dondurmalar çiy yumurtadan hazırlandığından bunlara da diqqət edin.
Çiy və ya az bişmiş ət. Kolform, toksoplazma və “salmonella” yoluxdurma riskinə sahibdir. Hamiləlik zamanı bu bakteriyalara yoluxan körpələrdə karlıq, sarılıq, yüksək qızdırma və sinir sistemi xəstəliklərinə yoluxma riski olduqca yüksəkdir. Toksoplazma düşməyə səbəb ola bilər. Kolbasa, sosiska kimi qidalarda “listeria” adlanan düşüklərə səbəb olan bakteriya ola bilər. Bu qidaları yemədən əvvəl bişirmək məsləhətdir.
Qaraciyər. Çox miqdarda A vitaminin olan qidadır. Hamiləlikdə çox A vitamini qəbulu düşməyə səbəb ola bilər.
Balıq. Yüksək miqdarda civə tərkibli balıqdan uzaq durmaq lazımdır. Civə qəbulu inkişaf geriliyi və beyin fəsadlarına səbəb ola bilər. Konserva və duzlu balıqdan uzaq durun.
Kofein. Ölçülü miqdarda qəbul edilən kofein bir problem yaratmaz. İrəli dövrlərdə gündəlik kofein qəbulu 300 mg olmalıdır. Maye atılmasını asanlaşdırdığı üçün su və kalsium itkisinə səbəb olur. Yüksək miqdarda kofeinin isə erkən doğum, düşük və körpələrdə çəkilmə simptomlarına səbəb ola biləcəyi deyilir. Çay, dəmir ifrazını azaltdığı üçün çaydan da uzaq durmaq lazımdır.
Spirtli içki. Körpənin spirtli içkiyə məruz qalması inkişafına mənfi təsir edər. Anomaliyaya yol açır. Zehni inkişafına mənfi təsir edir.
Tərəvəzlər. Toksoplazma riski olduğundan mütləq çox yaxşı yuyulması lazımdır.
Bitki mənşəli dərman və çaylar. Hamilələr adaçayından uzaq durmalıdır. Cökə və razyanadan başqa digər bitki çayları zərərli ola bilər.


Tarix: 26.01.2015 / 11:12 Müəllif: Aziza Baxılıb: 395 Bölmə: Ginekoloq Meslehetleri