Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tit

Titus (* 30 Dekabr 39 Roma; † 13 Sentyabr 81 Roma, Akva Kotilia) Flavi sülaləsinə aid, atası Vespasiandan sonra sayca ikinci olan 24 İyun 79 cu ildən ölüm gününə qədər olan Roma imperatorudur. Imperator olduqdan sonra tam adı lat.Titus Caesar divi Vespasiani filius Vespasianus Augustus olmuşdur. Imperatorluğa qədər Tit Yerusəlim məbədinin talan edilib dağıdılması ilə sona yetən yəhudi müharibəsində baş komandan olmuşdur. Bu qələbəsinə görə zəfər yürüşünə və zəfər tağına layiq görülmüşdür. Tit müharibədən əldə etdiyi qənimət hesabına Kolizey in tikintisini sona çatdırır.Mündəricat
1 Həyatı
2 Yəhudi müharibəsi
3 İmperatorluğu
4 Ölümü
5 Mənbə


Həyatı

Ailənin böyük oğlu olan Tit Vespasianın ailəsində 30 Dekabr 39 cu ildə Romada dünyaya gəlmişdir. Tit Flavia Domitilla adında bacıya və Domisian adında bir qardaşa malik olmuşdur. Atası əslən adi bir Sabinalı olub Imperator Klavdinin zamanında cəngavər rütbəsinə layiq görülmüşdür. Klavdi və Neronun saray mühitində tərbiyə aldıqdan sonra Tit hərbi xidmətə Almaniya vä Britaniyada başlayaraq, sonradan kvesterə qədər yuksəlir. Neron atası Vespasianı Fələstinə qiyamçı yəhudilərin üstünə göndərdikdə Tit də onu müşayət edir. fələstində xeyli hərbi təcrübəyə yiyələnən Tit imperator Qalba öldürüldükdən sonra incə siyasət işlətməklə Suriya valisi Musianı tərəfinə çəkərək atası Vespasianın imperator olmasına çalışır və nail olur.

Yəhudi müharibəsi

Romadakı Tit Zəfər Tağı

İmperator taxtına haqqını tanımaq üçün Romaya dönən Vespasian Fələstindəki baş komandanlığı Titə tapşırır. Nəticə etibarilə Tit qəddar və vəhşicəsinə Yerusəlimi talan edib və böyük qənimətlə zəfər yürüşü üçün Romaya döndükdən sonra Vespasianın imperatorluğuna ortaq olur.

Şərəfinə Tit Tağının təməli qoyulur ki, sonralar İmperator Domisian tərəfindən inşası başa çatdırılır.

Üzərində bu sətirlər həkk olunmuşdur:lat. Senatus / populusque romanus / divo Tito divi Vespasiani f(ilio) / Vespasiano Augusto (Senat və Roma xalqından ilahi Vespasianın oğlu ilahi Titə, İmperator Vespasian).

İmperatorluğu

23 iyun 79-cu ildə Vespasian öldükdən sonra ictimai rəyin əksinə olaraq Tit imperator olur. Xalqən rəğbətini qazanmaq məqsədilə təmtaraqla tikililər inşa etdirir və ehtiraslı oyunlar təşkil edir. Onun zamanında böyük vəsait hesabına Flavi amfiteatrı — Kolizey istifadəyə verilir. Vezuvi vulkanının püskürməsindən böyük ziyan çəkən Romanın bərpasına və fəlakətdən ziyan çəkənlərə göstərilən yardımlar dövlət xəzinəsini tamam boşaltmış olur.

Senat onu ən yaxşı imperator hesab edirdi. Onun hakimiyyəti dövründə imperator və senat arasında ziddiyətin olmaması ilə xarakterizə olunur. Roma tarixçisi və səlnaməçisi Qay Sveton (lat. Gaius Suetonius Tranquillus) onun haqqında belə yazırdı: "Bütün gün ərzində heç bir xeyirxah iş görmədiyinə görə Tit deyərmiş: "Dostlar mən günümü boş yerə sərf etmişəm!"".

Ölümü

81-ci ilin yayında Romada yüzgünlük oyunlardan sonra özünə qapanaraq 13 Sentyabr 81-ci ildə hakimiyyətə gəlməsindən 26 ay sonra ata yurdu Sabinaya gedərkən yolüstü xəstələnərək qızdırmadan iki il öncə atasının vəfat etdiyi iqamətgahda Akva Kotilia adlanan yerdə vəfat edir. Onun yerini Domisian tutmuş olur.


Tarix: 05.03.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 399 Bölmə: Dunya ve tarixi
loading...