beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Liu Yao

Liu Yao Xan Çaonun beşinci imperatoru idi.



Mündəricat
1 İlk dövrlər
2 Hakimiyyəti
3 Sonrakı dövrlər
4 Ailəsi


İlk dövrlər

Liu Yao Kubeyin nəvəsi idi. Yuanxay tərəfindən böyüdülmüşdü. Bütün ailənin hörmətini qazanmış bir sərkərdə kimi yetişmişdi. Cin sülaləsi dövründə cinayət işləmiş və Koreyaya qaçmışdı. Yuanxay imperator olan kimi Yaonu da general etmişdi. 309-cu ildə Şian knyazı elan olunmuşdu.Liu Yao Liu Konqla birlikdə hərəkət etmiş və Liu Heni aradan götürmüşdü. Liu Yao Çanqan şəhərini tutduqdan sonra 318-ci ildə Kin knyazı titulu almışdı. Liu Kanın öldürülməsindən sonra Yin Çunu məğlub etmiş və taxta çıxmışdı.

Hakimiyyəti

Yao hakimiyyətinin ilk illərində son dərəcə ədalətli və tolerant idi. Hakimiyyətə gələndə Yuanxayın qurduğu dövlətin adını dəyişərək Çao qoydu. Çünki o artıq Xan sülaləsinin davamçısı kimi yox, Mete xaqanın davamçısı olduğunu göstərmək istəyirdi. (Lakin Xan Çao adı sonrakı tarixçilərin verdiyi tarixi addır. Bu onu ondan sonra yaranan Hu Çao dövlətindən ayırmaq üçündür.) 319-cu ildə Şi Le ona elçilərini göndərərək tabe olduğunu göstərdi. Yao ona Çao knyazı rütbəsini verdi. Lakin elçilərdən biri özündən yalan uyduraraq imperatora Şi Lenin üsyan etmək fikri olduğunu dedi. Yao əsəbləşərək bütün elçiləri öldürdü. Buna əsəbləşən Şi Le müstəqilliyini elan edərək Hu Çao imperiyasını qurdu. Bununla yanaşı Di və Qiyanq qəbilələrinin üsyanını yatırmaq qərarına gələn Yao 50dən çox qəbilə üzvünü öldürdü. Qəbilələr öz dövlətini qursa da tezliklə üsyan yatırıldı. Daha sonra daha da əsəbləşərək qərbə yürüdü və Kian Lianq kralı Çanq Maonu özünə tabe etdi. Bu vaxt Liu Yao öldüyünü zənn etdiyi oğlu Liu Yinin yaşadığını öyrəndi. Lin Yin Yonqan knyazı elan olundu.

Sonrakı dövrlər

324-cü ildə Hu Çao ilə ilk döyüşlər başladı. 325-ci ildə Liu Yin "ikinci şanyü" titulunu aldı. Bu titulun sahibləri "Vu-Hu"nun yəni "beş barbar tayfa"nın başçısı olurdu. Bu tayfalar Hunlar, Sienbilər, Di tayfası, Kianq tayfası və Ci tayfası idi. Şi Le 325-ci bəzi torpaqları ələ keçirdi. Kian Lianq kralı bu məğlubiyyətdən sonra yenidən Cin sülaləsi vassalı olduğunu elan etdi lakin yenidən hunlar tərəfindən məğlub edildi. 328-ci ildə Yao özü şəxsən rəhbərlik etdiyi ordu ilə Şi Leni məğlub etdi. Müharibələr gərgin keçirdi. Çünki Xan Çaonun iki ən güclü generalları döyüşürdü. Şi Le çətinliklə özünü paytaxta çatdırdı. Onun Ci dilində bir cümlə qorunub saxlanmışdır və bu dilin varlığından qalan tək nümunədir. 329-cu ildə iki ordu həlledici döyüşdə görüşdü. Liu Yao atından düşərək yaralandı və Şi Lenin hüzuruna gətirildi. Liunu sağaldıb paytaxta apararaq Yaoya oğulları Hsin və Linə təslim olma məktubunu yazmağını əmr etdi. Yao isə məktubunda ayrı şey yazdı: "Məni düşünməyin, imperiyanı qoruyun". Şi məktubu görərək əsəbləşdi və Yao edam olundu.


Tarix: 02.03.2013 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Dunya ve tarixi