Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarıqamış döyüşü

Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş hərbi münaqişə.Mündəricat
1 Tarix
2 Döyüşdən sonra
3 Nəticə
4 Mənbə
5 Xarici keçidlər


Tarix

Sarıqamışda ordu qış geyimində

Hafiz Haqqı

İsmayıl Ənver

Nikolay Yudeniç

Dünya savaşında Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşa hazırladığı plana əsasən Sarıqamışa iki istiqamətdən -Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.E Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edir. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir. 1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "Dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə etina edilmədiyini görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış ordu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. Canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi". Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi. 1915-ci il yanvarın 18-idi. Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı. Sarıqamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrildi... Soyuqdan bir-birinə sarılanlar elə bu vəziyyətdəcə ölmüşdülər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir qurşun belə işlətmədən istəklərinə nail olmuşdular.

Döyüşdən sonra

Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun kismi küllisi mahvoldu".

Nəticə

Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.

Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.


Tarix: 05.03.2013 / 12:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 623 Bölmə: Dunya ve tarixi
loading...