Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşina Çonq

Aşina Çonq (阿 史 那 忠) (?-674) - Çin hakimiyyəti dövründə Göytürk şahzadəsi idi. Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. Illig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. Dinhsianq valisinin qızı ilə evləndirilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi. 635-ci ildə Sağ Mühafizəçiləri generalı edildi. 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu. 650-ci ildə Hsuo Quo şahzadəsi elan olundu. 674-cü ildə vəfat etdi. Oğlu Aşina Hsian Saray atları naziri idi. Məzarı 1972-ci ildə tapılmışdır.


Tarix: 02.03.2013 / 17:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Dunya ve tarixi
loading...