Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diokletian

Qay Avreli Valeri Diokletian (təqr. 243, Diokleya-313-316 illər arası, Salona) – Roma imperatoru (284-305), dəfələrlə konsul. Atası azad edilmiş qul idi. Diokletianın hakimiyyəti zamanından dominat dövrü başlandı. Diokletian imperiyanın təsərüfat, siyasi və hərbi qüdrətini möhkəmlətmək üçün islahatlar keçirmişdi. Xalq üsyanlarını və əyalətlərdə separat hərəkatları yatırmışdı. İrana qarşı yürüşlər nəticəsində Ermənistan və İberiyada mövqeyini möhkəmləndirmiş, Mesopotamiyanın bir hissəsini tutmuşdu. 24 fevral 303-cü ildə Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib. [1] 303-304 illərdə xristianları amansızcasına təqib etmişdir. 286 ildə Maksimianı özünə ortaq hakim təyin etmiş, 305 ildə onunla birgə hakimiyyətdən könüllü əl çəkmişdi. Roma imperiyasında Tetrarxiya(Dörd imperator hakimiyyəti) üsuli idarəsinin əsasını qoymuşdur. Bu imperiyada yeni idarəçilik üsulu idi. İmperiya de facto olaraq ikiyə ayrılmış və hər hissənin başına bir Avqust(tituldur) və bir Sezar(tituldur) gətirilmişdir. Məqsəd Avqustlardan sonra köməkçisi Sezarın hakimiyyətə keçib Avqust titulu alması və özünə köməkçi Sezar seçməsi ilə səciyyələnən bir sistem idi. Onun ölümündən sonra sistem iflas etmişdir.


Tarix: 05.03.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Dunya ve tarixi
loading...