beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Murad

III Murad — Osmanlı sultanı

II Sultan Səlimin oğludur. 1546-cı ildə Manisanın Bozdağ yaylağında anadan olub.

Osmanlı sultanlarının on ikincisi və islam xəlifələrinin yetmişyedincisi. 1546-cı ildə doğuldu. 15 dekabr 1574-cü ildə atasının vəfatından sonra Manisadan İstanbula gələrək 22 dekabr 1574-cü ildə Osmanlı taxtına çıxdı.

1575-ci ildə Venedik, 1576-cı ildə İran (Səfəvi) və 1577-ci ildə də Avstriya ilə köhnə sülh andlaşmalarını yenilədi. 1578-ci ildə Osmanlı torpaqlarındakı dağıdıcı və bölücü fəaliyyətləri səbəbindən İrana səfər açdı. Bu səfər əsnasında xüsusilə Özdəmiroğlu Osman Paşa İran qüvvələrini məğlubiyyətə uğratdı. Azərbaycan, Tiflis, Nihavənd və Həmədan bölgələri Osmanlı hakimiyyətinə qatıldı. Bu sırada Portuqaliyalılar Osmanlı himayəsi altında olan Fasa böyük qüvvətlərlə hücum etdilər. Portuqaliya ordusunu qarşılamaq vəzifəsi Divanı Sultan tərəfindən Ramazan Paşaya verildi. Ramazan Paşa Vadis Seyl düzənliyində Portuqaliya ordusunu böyük bir məğrubiyyətə uğratdı. Portuqaliyaların ölüləri arasında kralları, böyük zadəganları və dövlət adamları da vardı. Bu zəfərin ardından Rəvan fəth edildi. İranla 1590-cı ildə İstanbulda sülh andlaşması imzalandı. 1592-ci ildə Osmanlı Dövləti ilə Avstriya arasındakı andlaşma pozuldu. Nəticədə Avstriya ilə on üç il davam edən savaş başlandı. Sultan III Murad 1595-ci ildə vəfat etdi


Tarix: 03.03.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Dunya ve tarixi